https://sputnik.az/20231107/bmt-bas-katibi-qezzadaki-humanitar-bohran-beseriyyetin-bohranina-cevrilib-460353699.html
BMT Baş Katibi: Qəzzadakı humanitar böhran bəşəriyyətin böhranına çevrilib
BMT Baş Katibi: Qəzzadakı humanitar böhran bəşəriyyətin böhranına çevrilib
Sputnik Azərbaycan
BMT-nin baş katibi Antonio Quterreş münaqişə tərəflərindən heç birinin beynəlxalq humanitar hüquqdan üstün olmadığını vurğulayaraq, eskalasiyanı dayandırmağa... 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T22:10+0400
2023-11-07T22:10+0400
2023-11-07T22:10+0400
antonio quterreş
dünya xəbərləri
antoni quterreş
qəzza
qəzza
qəzza zolağı
həmas
həmas
yaxın şərq
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852060_0:445:2849:2048_1920x0_80_0_0_0b1b79c6b24998b5411760bc9a67383f.jpg
BAKI, 7 noyabr — Sputnik. Qəzza zolağındakı humanitar böhran bəşəriyyətin böhranına çevrilib. İsrailin Müdafiə ordusu Fələstin anklavına hava zərbələrini, eləcə də mülki əhalinin öldürülməsi ilə nəticələnən quru əməliyyatlarını davam etdirir. BMT-nin baş katibi Antonio Quterreş bu barədə danışıb. “Qəzzanın kabusu humanitar böhrandan daha böyükdür. Bu, bəşəriyyətin böhranıdır”, - “TASS” Quterreşin bazar ertəsi Yaxın Şərqlə bağlı mətbuat konfransında söylədiklərindən sitat gətirib. Quterreş qeyd edib ki, İsrailin Müdafiə ordusu atəş və quru əməliyyatlarını davam etdirdiyi üçün Qəzzada heç kim təhlükəsiz vəziyyətdə deyil. Nəticədə “mülki əhali, xəstəxanalar, qaçqın düşərgələri, məscidlər, kilsələr və BMT obyektləri, o cümlədən sığınacaqlar” zərbə altında qalırlar. Quterreş, həmçinin oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının döyüşçülərinin İsrailə hücumunu pisləyib və girovların dərhal azad edilməsini istəyib. “Eyni zamanda, HƏMAS və digər yaraqlılar mülki əhalidən canlı qalxan kimi istifadə edir və ayrı-seçkilik etmədən İsrailə raket zərbələri endirməyə davam edirlər”, - deyə o qeyd edib. Münaqişənin kəskinləşməsindən sonra rekord sayda jurnalist, eləcə də BMT əməkdaşları öldürülüb. Xüsusilə, dörd həftə ərzində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi 88 nəfər nümayəndəsi həlak olub. Beynəlxalq təşkilatın baş katibi münaqişə tərəflərindən heç birinin beynəlxalq humanitar hüquqdan üstün olmadığını vurğulayaraq, eskalasiyanı dayandırmağa səsləyib. Bundan əvvəl Quterreş Qəzza zolağındakı vəziyyəti humanitar fəlakət adlandırmışdı.
qəzza
yaxın şərq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852060_170:0:2901:2048_1920x0_80_0_0_97801b29feca374067fa2982fa9fa18e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
antonio quterreş, antoni quterreş, qəzza, qəzza, qəzza zolağı, həmas, həmas, yaxın şərq, yaxın şərq
antonio quterreş, antoni quterreş, qəzza, qəzza, qəzza zolağı, həmas, həmas, yaxın şərq, yaxın şərq
BMT Baş Katibi: Qəzzadakı humanitar böhran bəşəriyyətin böhranına çevrilib
BMT-nin baş katibi Antonio Quterreş münaqişə tərəflərindən heç birinin beynəlxalq humanitar hüquqdan üstün olmadığını vurğulayaraq, eskalasiyanı dayandırmağa səsləyib.
BAKI, 7 noyabr — Sputnik. Qəzza zolağındakı humanitar böhran bəşəriyyətin böhranına çevrilib. İsrailin Müdafiə ordusu Fələstin anklavına hava zərbələrini, eləcə də mülki əhalinin öldürülməsi ilə nəticələnən quru əməliyyatlarını davam etdirir.
BMT-nin baş katibi Antonio Quterreş bu barədə danışıb.
“Qəzzanın kabusu humanitar böhrandan daha böyükdür. Bu, bəşəriyyətin böhranıdır”, - “TASS” Quterreşin bazar ertəsi Yaxın Şərqlə bağlı mətbuat konfransında söylədiklərindən sitat gətirib.
Quterreş qeyd edib ki, İsrailin Müdafiə ordusu atəş və quru əməliyyatlarını davam etdirdiyi üçün Qəzzada heç kim təhlükəsiz vəziyyətdə deyil. Nəticədə “mülki əhali, xəstəxanalar, qaçqın düşərgələri, məscidlər, kilsələr və BMT obyektləri, o cümlədən sığınacaqlar” zərbə altında qalırlar.
Quterreş, həmçinin oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının döyüşçülərinin İsrailə hücumunu pisləyib və girovların dərhal azad edilməsini istəyib.
“Eyni zamanda, HƏMAS və digər yaraqlılar mülki əhalidən canlı qalxan kimi istifadə edir və ayrı-seçkilik etmədən İsrailə raket zərbələri endirməyə davam edirlər”, - deyə o qeyd edib.
Münaqişənin kəskinləşməsindən sonra rekord sayda jurnalist, eləcə də BMT əməkdaşları öldürülüb. Xüsusilə, dörd həftə ərzində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi 88 nəfər nümayəndəsi həlak olub.
Beynəlxalq təşkilatın baş katibi münaqişə tərəflərindən heç birinin beynəlxalq humanitar hüquqdan üstün olmadığını vurğulayaraq, eskalasiyanı dayandırmağa səsləyib.
Bundan əvvəl Quterreş Qəzza zolağındakı vəziyyəti humanitar fəlakət adlandırmışdı.