CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə istiqamətə əlavə reyslər açılacaq -Bayramda rayona getmək istəyənlərin nəzərinə

© Official website of President of Azerbaijan RepublicStadler qatarı, arxiv şəkli
Stadler qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
Ucar sakinləri bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaq.
BAKI, 7 noyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC-nin bütün strukturları qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Sputnik Azərbaycan bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabrda:
- Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilir;
- Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək;
- Abşeron dairəvi marşrutu qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Həmçinin Ucar sakinləri də bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaq.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytından və yaxud "ADY Mobile" tətbiqindən istifadə etmək olar.
Xəbər lenti
0