https://sputnik.az/20231107/ak-rehberi-sraille-munaqiseye-son-qoymaq-ucun-cini-hemas-a-ve-rana-tesir-etmeye-cagirib-460318449.html
AK rəhbəri İsraillə münaqişəyə son qoymaq üçün Çini HƏMAS-a və İrana təsir etməyə çağırıb
AK rəhbəri İsraillə münaqişəyə son qoymaq üçün Çini HƏMAS-a və İrana təsir etməyə çağırıb
Sputnik Azərbaycan
Ursula Von der Lyaye bildirib ki, Aİ İsrail və HƏMAS arasında olan münaqişəyə görə əziyyət çəkən fələstinlilərə humanitar yardım üçün daha 25 milyon avro... 07.11.2023, Sputnik Azərbaycan
2023-11-07T00:36+0400
2023-11-07T00:36+0400
2023-11-07T00:36+0400
həmas
dünya xəbərləri
ursula fon der lyayen
rusiya federasiyası
rusiyalı
israil
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460169685_0:160:3072:1888_1920x0_80_0_0_22c4b776cff07ea47901b1897ca1c71c.jpg
BAKI, 7 noyabr - Sputnik. Avropa Komissiyasının (AK) rəhbəri Ursula Von der Lyayen Çini Yaxın Şərqdəki münaqişənin gərginləşməsini azaltmaq üçün Fələstinin HƏMAS radikal hərəkatına və İrana təsir göstərməyə çağırıb. Bu barədə "Qazeta ru" internet-nəşri AK rəhbərinin Brüsseldə keçirilən Avropa səfirlərinin konfransında söylədiklərinə istinadən xəbər verib. "Yaxın Şərqdəki münaqişənin qarşısını almaq üçün Pekin HƏMAS və İran üzərində təsirinin bütün ölçülərindən istifadə edilməlidir", - deyə Ursula Von der Lyayen qeyd edib. O, həmçinin bildirib ki, Avropa İttifaqı (Aİ) İsrail və HƏMAS arasında olan münaqişəyə görə əziyyət çəkən fələstinlilərə humanitar yardım üçün daha 25 milyon avro ayıracaq. Ötən həftə İranın ABŞ-dan Yaxın Şərqdəki müharibəni dərhal dayandırmasını tələb etdiyi, Vaşinqtonu "ağır zərbə" ilə hədələdiyi və ABŞ mallarının dünya miqyasında boykot edilməsinə çağırıldığı bildirib. Bu təhdidlər fonunda İranın ali lideri HƏMAS-ın siyasi bürosunun rəhbəri ilə görüşüb, yerli media isə İran hədəflərinə dronlarla zərbələr endirməyi planlaşdıran İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin üç agentinin həbs olunduğunu bildirib. Bu yaxınlarda HƏMAS hərəkatı "şərtlər imkan verdiyi zaman" xarici girovları azad edəcəyini söyləyib. Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından misli görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Daha sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə girərək yüzlərlə dinc sakini öldürüb və 200-dən çox insanı girov götürüblər. İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 300 hərbçi daxil olmaqla 1,4 mindən çox insan həlak olub, 5 mindən çox insan yaralanıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşmış əraziləri nəzarətə götürüb və zolaqdakı hədəflərə, o cümlədən mülki obyektlərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Qəzza zolağında qurbanların sayı 9,7 mini keçib, 24,8 mindən çox yaralı var. Rusiya Federasiyasının səfirliyi bildirib ki, münaqişənin kəskinləşməsi zamanı 20 rusiyalı həlak olub, iki nəfər girov götürülüb, yeddi nəfər isə itkin düşüb. Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkatın özü Qəzza zolağında 200-250 nəfərə yaxın əsirin olduğunu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460169685_171:0:2902:2048_1920x0_80_0_0_f77be510e315706ff9dd2fc459e8b96d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həmas, ursula fon der lyayen, rusiya federasiyası, rusiyalı, israil
həmas, ursula fon der lyayen, rusiya federasiyası, rusiyalı, israil
AK rəhbəri İsraillə münaqişəyə son qoymaq üçün Çini HƏMAS-a və İrana təsir etməyə çağırıb
Ursula Von der Lyaye bildirib ki, Aİ İsrail və HƏMAS arasında olan münaqişəyə görə əziyyət çəkən fələstinlilərə humanitar yardım üçün daha 25 milyon avro ayıracaq.
BAKI, 7 noyabr - Sputnik. Avropa Komissiyasının (AK) rəhbəri Ursula Von der Lyayen Çini Yaxın Şərqdəki münaqişənin gərginləşməsini azaltmaq üçün Fələstinin HƏMAS radikal hərəkatına və İrana təsir göstərməyə çağırıb.
Bu barədə "Qazeta ru" internet-nəşri AK rəhbərinin Brüsseldə keçirilən Avropa səfirlərinin konfransında söylədiklərinə istinadən xəbər verib.
"Yaxın Şərqdəki münaqişənin qarşısını almaq üçün Pekin HƏMAS və İran üzərində təsirinin bütün ölçülərindən istifadə edilməlidir", - deyə Ursula Von der Lyayen qeyd edib.
O, həmçinin bildirib ki, Avropa İttifaqı (Aİ) İsrail və HƏMAS arasında olan münaqişəyə görə əziyyət çəkən fələstinlilərə humanitar yardım üçün daha 25 milyon avro ayıracaq.
Ötən həftə İranın ABŞ-dan Yaxın Şərqdəki müharibəni dərhal dayandırmasını tələb etdiyi, Vaşinqtonu "ağır zərbə" ilə hədələdiyi və ABŞ mallarının dünya miqyasında boykot edilməsinə çağırıldığı bildirib. Bu təhdidlər fonunda İranın ali lideri HƏMAS-ın siyasi bürosunun rəhbəri ilə görüşüb, yerli media isə İran hədəflərinə dronlarla zərbələr endirməyi planlaşdıran İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin üç agentinin həbs olunduğunu bildirib.
Bu yaxınlarda HƏMAS hərəkatı "şərtlər imkan verdiyi zaman" xarici girovları azad edəcəyini söyləyib.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından misli görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Daha sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə girərək yüzlərlə dinc sakini öldürüb və 200-dən çox insanı girov götürüblər.
İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 300 hərbçi daxil olmaqla 1,4 mindən çox insan həlak olub, 5 mindən çox insan yaralanıb.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşmış əraziləri nəzarətə götürüb və zolaqdakı hədəflərə, o cümlədən mülki obyektlərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 9,7 mini keçib, 24,8 mindən çox yaralı var. Rusiya Federasiyasının səfirliyi bildirib ki, münaqişənin kəskinləşməsi zamanı 20 rusiyalı həlak olub, iki nəfər girov götürülüb, yeddi nəfər isə itkin düşüb. Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkatın özü Qəzza zolağında 200-250 nəfərə yaxın əsirin olduğunu bildirib.