DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da Zelenski Hitlerlə müqayisə olunur

© Photo : Ukrainian Presidential Press Office via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2023
Abunə olmaq
ABŞ Silahlı Qüvvələrinin podpolkovniki Devis bildirib ki, Zelenski müharibənin son günlərində Hitlerə bənzəyir.
BAKI, 7 noyabr - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski real vəziyyəti tanımadan Adolf Hitlerin taleyini təkrarlaya bilər.
Bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan podpolkovniki Daniel Devis öz "YouTube" kanalında deyib.
"Bu, artıq göz qabağındadır. İkinci Dünya Müharibəsinin son günlərində Hitler reallığı inkar edib və hər dəfə "Biz onsuz da qalib gələcəyik" sözlərini təkrarlamağa davam edib. İndi də təəssüf ki, bunu etiraf etmək bizim üçün nə qədər xoşagəlməz olsa da, Zelenski eyni vəziyyətə düşür", - deyə Devis bildirib.
Hərbçi qeyd edib ki, Ukrayna lideri Ukrayna Silahlı Qüvvələrinin (USQ) uğurunun mümkünlüyündə israr etməkdə davam edir, lakin bunun üçün heç bir obyektiv səbəb yoxdur. O, həmçinin qərbdə Zelenskiyə münasibətin kəskin şəkildə dəyişdiyini də vurğulayıb.
"Əvvəllər böyük bəyanatlarla çıxış etməsi üçün onu dünyanın müxtəlif ölkələrində keçirilən parlamentlərə dəvət edirdilər və sonra isə bütün bunlar birdən-birə dayandı. İnsanlar onun gəlməsini istəmədiklərini söyləməyə başladılar. Onun nüfuzu getdikcə daha da aşağı düşür", - deyə hərbçi əlavə edib.
Xəbər lenti
0