https://sputnik.az/20231106/xorvatiyanin-bas-naziri-azerbaycana-sefere-gelib-460307154.html
İlham Əliyev Xorvatiyanın Baş naziri ilə birlikdə nahar edib
İlham Əliyev Xorvatiyanın Baş naziri ilə birlikdə nahar edib
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin təkbətək və geniş tərkibdə görüşü olub. 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T16:17+0400
2023-11-06T16:17+0400
2023-11-06T16:18+0400
xorvatiya
siyasət
heydər əliyev beynəlxalq aeroportu
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460312991_0:22:923:541_1920x0_80_0_0_46555dcfc2ed1f70e2afd20f50c8d9f7.jpg
BAKI, 6 noyabr — Sputnik. Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub.Sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin nahar əsnasında geniş tərkibdə görüşü baş tutub.***Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. Xatırladaq ki, oktyabrın 30-da Xorvatiyanın ədliyyə naziri Azərbaycanda səfərdə olub. Ədliyyə Nazirliyindən bildirilib ki, əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq məqsədilə Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib. Qonaqlar oktyabrın 30-da əvvəlcə Fəxri Xiyabanda bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında Vətən uğrunda həlak olmuş həmvətənlərimizin məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb. Sonra Ədliyyə Nazirliyində iki ölkənin ədliyyə nazirlərinin görüşü keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460312991_83:0:923:630_1920x0_80_0_0_549d00fed047230196d3dee6e0e815c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xorvatiya, heydər əliyev beynəlxalq aeroportu
xorvatiya, heydər əliyev beynəlxalq aeroportu
İlham Əliyev Xorvatiyanın Baş naziri ilə birlikdə nahar edib
16:17 06.11.2023 (Yenilənib: 16:18 06.11.2023) Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin təkbətək və geniş tərkibdə görüşü olub.
BAKI, 6 noyabr — Sputnik. Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin nahar əsnasında geniş tərkibdə görüşü baş tutub.
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, oktyabrın 30-da Xorvatiyanın ədliyyə naziri Azərbaycanda səfərdə olub.
Ədliyyə Nazirliyindən bildirilib ki, əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq məqsədilə Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.
Qonaqlar oktyabrın 30-da əvvəlcə Fəxri Xiyabanda bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında Vətən uğrunda həlak olmuş həmvətənlərimizin məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb.
Sonra Ədliyyə Nazirliyində iki ölkənin ədliyyə nazirlərinin görüşü keçirilib.