https://sputnik.az/20231106/susada-agir-qeza-5-nefer-avtomobilde-yanaraq-oldu-460293170.html
Şuşada ağır qəza: 5 nəfər avtomobildə yanaraq öldü
Şuşada ağır qəza: 5 nəfər avtomobildə yanaraq öldü
Sputnik Azərbaycan
Şuşadakı qəza təsadüfdür, yoxsa erməni barmağı var?
2023-11-06T11:06+0400
2023-11-06T11:06+0400
2023-11-06T11:08+0400
qəza
hadisə
şuşa
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460292748_0:63:1200:738_1920x0_80_0_0_e72e4f4e58d970277d2bb93bb52c82f8.jpg
BAKI, 6 noyabr — Sputnik. Şuşa rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda iatintaq davam etdirilir. Qeyd edək ki, qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460292748_67:0:1134:800_1920x0_80_0_0_eb2acbeef720678c5c47b822ddb95179.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa yolunda qəza erməni barmağı
şuşa yolunda qəza erməni barmağı
Şuşada ağır qəza: 5 nəfər avtomobildə yanaraq öldü
11:06 06.11.2023 (Yenilənib: 11:08 06.11.2023) Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib.
BAKI, 6 noyabr — Sputnik. Şuşa rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Daşaltı kəndində qeydə alınıb.
Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.
Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda iatintaq davam etdirilir.
Qeyd edək ki, qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.