https://sputnik.az/20231106/sn-miqren-mualicesi-zamani-alkoqol-istifadesi-mehdudlasdirilmalidir-460303017.html
SN: Miqren müalicəsi zamanı alkoqol istifadəsi məhdudlaşdırılmalıdır
SN: Miqren müalicəsi zamanı alkoqol istifadəsi məhdudlaşdırılmalıdır
Sputnik Azərbaycan
Miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davamı isə 4-72 saat ola bilər. 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T22:55+0400
2023-11-06T22:55+0400
2023-11-06T22:55+0400
miqren
səhiyyə
alkoqollu içki
alkoqol
alkoqollu içkilər
müalicə
müalicə
https://cdnn1.img.sputnik.az/img/41681/97/416819709_0:170:2000:1295_1920x0_80_0_0_046605503c37680b7a18c723b5639b3d.jpg
BAKI, 6 noyabr — Sputnik. Baş Ağrılarının Beynəlxalq Təsnifatında 200-dən çox baş ağrısı növü mövcuddur. Bu ağrılar birincili və ikincili olmaqla iki qrupa bölünür. Bunu Səhiyyə Nazirliyinin Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov bildirib. Onun sözlərinə görə, birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxan ağrılara deyilir: "Baş ağrıları 90%-dən çox halda birincili olur. Bura miqren, gərginlik baş ağrıları, klaster başağrısı və digər birincili baş ağrıları növləri aiddir. İkincili başağrıları zamanı başağrısı əsas xəstəliyin baş verməsi səbəbindən meydana çıxır və infeksion, şiş, damar, medikamentoz və digər mənşəli baş ağrılarını əhatə edir". Qeyd edilib ki, genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan miqrenin biokimyəvi və fizioloji risk faktorları ona zəmin yaradır. Qeyd etdiyimiz kimi miqrenin səbəblərinin ən başında genetik faktorlar gəlir. Ailədə miqren varsa, miqren olma ehtimalı 40%-dir. Hər iki valideyini miqren xəstəsi olan şəxslərdə isə 75% halda miqren şikayətləri olur. Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişiklərdir. Bildirilib ki, dəqiq məlum olmayan səbəblərdən ağrı tutmasının başlanğıcında serotoninin depolardan xaric olması nəticəsində onun qan plazmasında miqdarı artır. Bu da, kəllədaxili damarların ilkin daralmasını şərtləndirir. Sonradan serotoninin miqdarının enməsi damarların genişlənməsinə, onların divarlarının gərilməsinə və xarakterik ağrıların yaranmasına gətirib çıxarır. "Miqren ağrılarının səciyyəvi xüsusiyyətlərinə ağrıların birtərəfli (ağrıdan ağrıya o yerini dəyişə bilər) olması, pulsasiya etməsi, ağrıların ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə birgə müşayiət olunması xasdır. Miqrenoz ağrılar üçün bir qayda olaraq fiziki yüklənmə zamanı ağrının güclənməsi xarakterikdir"-, nevroloq deyib. Diqqətə çatdırılıb ki, miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davamı isə 4-72 saat ola bilər. Xəstələrin təxminən 20%-də ağrıdan əvvəl aura deyilən ocaqlı nevroloji əlamətlər müşahidə edilir. Bu da auralı miqren kimi təsnifləndirilir. Aura adətən 60 dəqiqəyə kimi davam edir və ondan sonra 1 saat ərzində ağrılar başlayır. Daha çox görmə aurası müşahidə edilir ki, bu da özünü göz önündə ziqzaq və dalğalı cizgilər, parlaq nöqtələr, ulduzlar və ya skatoma deyilən kor nöqtələr şəklində özün biruzə verə bilər. Ayrıca baş gicəllənmə, əl və ayaqda gücsüzlük, nitq, hissiyyatın pozulmaları kimi əlamətlərlə büruzə verən auralar da məlumdur. Həkim deyib ki, müəyyən amillər miqren tutmasına qıcıq rolunu oynaya bilər: "Bu amillərin aşkarlanmasının həm diaqnostik, həm də müalicəvi əhəmiyyəti var. Bu amillərə isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs-küy, fiziki gərginlik, xronik stress, yuxu pozulmaları, vaxtsız və pis qidalanma, tutun çəkmə, cinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik aiddir. Xüsusi olaraq bəzi qida maddələrinin təsirini qeyd etmək lazımdır. Buraya alkoqol (xüsusən qırmızı şərab), şokolad, ağ pendir, avakado, sitrus meyvələri, banan, duzlu və hisə verilmiş qidalar, konsentrant tərkibli şorbalar, sosislər, pizza, koffein tərkibli qidalar (kofe, kola, çay) aiddir". Onun sözlərinə görə, profilaktik olaraq dərman preparatlarının təyini tez-tez təkrarlanan (ayda 3 dəfədən çox) və uzunmüddət davam edən (48 saatdan çox) miqrendə, eləcədə də miqren tutmalarını aradan qaldıran vasitələrin effektsiz olması və ya onların həddən artıq istifadəsinə meyl olanda göstərişdir. Bu məqsədlə, preparat, yanaşı gedən xəstəliklər nəzərə alınmaqla, daha təhlükəsiz dərmanlardan daha effektiv dərmanlar istiqamətində, minimal dozadan başlayaraq seçilməlidir. Profilaktik dərman maddələri adətən, 3-6 ay müddətə təyin edilir. Miqren tutmaları zamanı xəstələr özlərini ala-qaranlıq, sakit otaqda yüngül hiss edirlər. Tutmanı aradan qaldıran dərman vasitələri seçilərkən, ağrının ağırlıq dərəcəsi, fərdi həssaslıq, yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır. "Aparılan tədqiqatlar, miqren zamanı yüngül fiziki aktivliyin yaxşı təsir etdiyini sübut edib. Bu cür məşqlər miqren tutmalarının sıxlıq və şiddətini azaldır, profilaktik müalicənin effektivliyini artırır. Çox yorulmamaq şərti ilə düzənli aerobik idmanlar, üzgüçülük, sürətli gəzinti, velosiped sürmək bu məqsədlə seçilə bilər"-, deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41681/97/416819709_24:0:1977:1465_1920x0_80_0_0_bb88f8978060a2cc97eaaaa14b4b43b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miqren, alkoqollu içki, alkoqol, alkoqollu içkilər, müalicə, müalicə
miqren, alkoqollu içki, alkoqol, alkoqollu içkilər, müalicə, müalicə
SN: Miqren müalicəsi zamanı alkoqol istifadəsi məhdudlaşdırılmalıdır
Miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davamı isə 4-72 saat ola bilər.
BAKI, 6 noyabr — Sputnik. Baş Ağrılarının Beynəlxalq Təsnifatında 200-dən çox baş ağrısı növü mövcuddur. Bu ağrılar birincili və ikincili olmaqla iki qrupa bölünür.
Bunu Səhiyyə Nazirliyinin Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov bildirib.
Onun sözlərinə görə, birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxan ağrılara deyilir: "Baş ağrıları 90%-dən çox halda birincili olur. Bura miqren, gərginlik baş ağrıları, klaster başağrısı və digər birincili baş ağrıları növləri aiddir. İkincili başağrıları zamanı başağrısı əsas xəstəliyin baş verməsi səbəbindən meydana çıxır və infeksion, şiş, damar, medikamentoz və digər mənşəli baş ağrılarını əhatə edir".
Qeyd edilib ki, genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan miqrenin biokimyəvi və fizioloji risk faktorları ona zəmin yaradır. Qeyd etdiyimiz kimi miqrenin səbəblərinin ən başında genetik faktorlar gəlir. Ailədə miqren varsa, miqren olma ehtimalı 40%-dir. Hər iki valideyini miqren xəstəsi olan şəxslərdə isə 75% halda miqren şikayətləri olur. Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişiklərdir.
Bildirilib ki, dəqiq məlum olmayan səbəblərdən ağrı tutmasının başlanğıcında serotoninin depolardan xaric olması nəticəsində onun qan plazmasında miqdarı artır. Bu da, kəllədaxili damarların ilkin daralmasını şərtləndirir. Sonradan serotoninin miqdarının enməsi damarların genişlənməsinə, onların divarlarının gərilməsinə və xarakterik ağrıların yaranmasına gətirib çıxarır.
"Miqren ağrılarının səciyyəvi xüsusiyyətlərinə ağrıların birtərəfli (ağrıdan ağrıya o yerini dəyişə bilər) olması, pulsasiya etməsi, ağrıların ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə birgə müşayiət olunması xasdır. Miqrenoz ağrılar üçün bir qayda olaraq fiziki yüklənmə zamanı ağrının güclənməsi xarakterikdir"-, nevroloq deyib.
Diqqətə çatdırılıb ki, miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davamı isə 4-72 saat ola bilər. Xəstələrin təxminən 20%-də ağrıdan əvvəl aura deyilən ocaqlı nevroloji əlamətlər müşahidə edilir. Bu da auralı miqren kimi təsnifləndirilir. Aura adətən 60 dəqiqəyə kimi davam edir və ondan sonra 1 saat ərzində ağrılar başlayır. Daha çox görmə aurası müşahidə edilir ki, bu da özünü göz önündə ziqzaq və dalğalı cizgilər, parlaq nöqtələr, ulduzlar və ya skatoma deyilən kor nöqtələr şəklində özün biruzə verə bilər. Ayrıca baş gicəllənmə, əl və ayaqda gücsüzlük, nitq, hissiyyatın pozulmaları kimi əlamətlərlə büruzə verən auralar da məlumdur.
Həkim deyib ki, müəyyən amillər miqren tutmasına qıcıq rolunu oynaya bilər: "Bu amillərin aşkarlanmasının həm diaqnostik, həm də müalicəvi əhəmiyyəti var. Bu amillərə isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs-küy, fiziki gərginlik, xronik stress, yuxu pozulmaları, vaxtsız və pis qidalanma, tutun çəkmə, cinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik aiddir. Xüsusi olaraq bəzi qida maddələrinin təsirini qeyd etmək lazımdır. Buraya alkoqol (xüsusən qırmızı şərab), şokolad, ağ pendir, avakado, sitrus meyvələri, banan, duzlu və hisə verilmiş qidalar, konsentrant tərkibli şorbalar, sosislər, pizza, koffein tərkibli qidalar (kofe, kola, çay) aiddir".
Onun sözlərinə görə, profilaktik olaraq dərman preparatlarının təyini tez-tez təkrarlanan (ayda 3 dəfədən çox) və uzunmüddət davam edən (48 saatdan çox) miqrendə, eləcədə də miqren tutmalarını aradan qaldıran vasitələrin effektsiz olması və ya onların həddən artıq istifadəsinə meyl olanda göstərişdir. Bu məqsədlə, preparat, yanaşı gedən xəstəliklər nəzərə alınmaqla, daha təhlükəsiz dərmanlardan daha effektiv dərmanlar istiqamətində, minimal dozadan başlayaraq seçilməlidir. Profilaktik dərman maddələri adətən, 3-6 ay müddətə təyin edilir. Miqren tutmaları zamanı xəstələr özlərini ala-qaranlıq, sakit otaqda yüngül hiss edirlər. Tutmanı aradan qaldıran dərman vasitələri seçilərkən, ağrının ağırlıq dərəcəsi, fərdi həssaslıq, yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır.
"Aparılan tədqiqatlar, miqren zamanı yüngül fiziki aktivliyin yaxşı təsir etdiyini sübut edib. Bu cür məşqlər miqren tutmalarının sıxlıq və şiddətini azaldır, profilaktik müalicənin effektivliyini artırır. Çox yorulmamaq şərti ilə düzənli aerobik idmanlar, üzgüçülük, sürətli gəzinti, velosiped sürmək bu məqsədlə seçilə bilər"-, deyə o əlavə edib.