CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranla sərhəddə PUA qaldırılıb, narkotik vasitələr götürülüb - FOTO

© AFP 2023 / EMMANUEL DUNANDDSX hərbçisi
DSX hərbçisi - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Sərhəd pozucusunun gizləndiyi yeri təyin etmək məqsədilə havaya pilotsuz uçuş aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə keçirilmiş kompleks sərhəd axtarış tədbirləri nəticəsində 1 nəfər İran vətəndaşı saxlanılıb.
BAKI, 6 noyabr — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin əməkdaşları tərəfindən qırx iki kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
© Photo : State Border Service of Azerbaijan Republicİranla sərhəddə ələ keçirilən narkotik partiyası
İranla sərhəddə - Sputnik Azərbaycan, 1920, 06.11.2023
İranla sərhəddə ələ keçirilən narkotik partiyası
Noyabr ayının 1-də saat 14:40-da Zəngilan rayonunun Hacalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 7 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Həmin tarixdə, saat 18:35-də Füzuli rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərasizində sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
© Photo : State Border Service of Azerbaijan Republicİranla sərhəddə ələ keçirilən narkotik partiyası
İranla sərhəddə - Sputnik Azərbaycan, 1920, 06.11.2023
İranla sərhəddə ələ keçirilən narkotik partiyası
Sərhəd pozucusunun gizləndiyi yeri təyin etmək məqsədilə havaya pilotsuz uçuş aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə keçirilmiş kompleks sərhəd axtarış tədbirləri nəticəsində 1 nəfər İran vətəndaşı saxlanılıb.
Saxlanılan şəxsin uzun illərdir müqabil ərazidə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduğu müəyyən edilib, üzərinə baxış zamanı ümumi çəkisi 31 kiloqram 50 qram narkotik vasitə (3 kq metamfetamin, 28 kq marixuana, 0.50 qr tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 2000 ədəd Metadon M-40, 600 ədəd Pregabalin-150 müxtəlif təyinatlı dərman preparatları aşkarlanıb.
Noyabrın 4-də saat 10:55-də Füzuli rayonu Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qaçaqmalçılar tərəfindən gizlədilmiş 3 kiloqram 385 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0