https://sputnik.az/20231106/qonsunun-nefti-tixoretsk-baki-kemerinin-ters-ise-salinmasi-yolunda-hansi-maneeler-dayanir-460275624.html
Qonşunun nefti: Tixoretsk-Bakı kəmərinin tərs işə salınması yolunda hansı maneələr dayanır
Qonşunun nefti: Tixoretsk-Bakı kəmərinin tərs işə salınması yolunda hansı maneələr dayanır
Sputnik Azərbaycan
Rusiya Federasiyasının Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov hesab edir ki, sözügedən layihə həm Bakı, həm də Moskva üçün sərfəli... 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T10:01+0400
2023-11-06T10:01+0400
2023-11-06T10:23+0400
iqtisadiyyat
neft
kəmər
rusiya
azərbaycan
analitik
bakı
emal
qazaxıstan
barel
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476648_0:157:2492:1559_1920x0_80_0_0_b939add08c8ac6c47509f64e37c45b42.jpg
BAKI, 6 noyabr - Sputnik. Rusiya neftinin Azərbaycana tədarükü üçün Tixoretsk-Bakı kəmərinin işə salınmasının yenidən bərpası məsələsi ötən ayın ortalarında Rusiya baş nazirinin müavini Aleksandr Novakın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündən sonra fəal müzakirə olunmağa başlayıb. Sonra tərəflər Tixoretsk-Bakı neft kəməri ilə nəql olunan Rusiya neftinin həcminin Azərbaycan ərazisində emal oluna biləcəyi barədə fikir bildiriblər.Bir neçə gün əvvəl Novak bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Bununla belə, ekspertlərin fikrincə, bəzi suallar açıq qaldığından layihənin icrası barədə danışmaq hələ tezdir.Azərbaycan öz neftinə qənaət edəcəkRusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkovun fikrincə, Rusiya neftinin Tixoretsk-Bakı neft kəməri ilə Azərbaycana nəqli layihəsi Azərbaycan tərəfi üçün son dərəcə faydalıdır. Beləliklə, onun sayəsində Azərbaycan Rusiya neftini az qala 10-12 dollar/barel endirimlə ala biləcək.Beləliklə, Azərbaycan Rusiyadan tədarüklər sayəsində hazırda Bakı Neft Emalı Zavodunda emal olunan neftin həcmini sərbəst buraxa və dünya bazarında baha qiymətə sata biləcək. Bununla yanaşı, ekspert hesab edir ki, bu layihənin həyata keçirilməsində bir sıra problemlər var.Bir tərəfdən, məsələn, Hindistana tankerlərlə daşınmaya görə artıq pul ödəməkdənsə, Rusiya neftinin mövcud infrastrukturdan istifadə edərək qonşu ölkəyə satılması məntiqli görünür. Amma digər tərəfdən, indi Bakı-Tixoretsk neft kəməri Mahaçqalada Qazaxıstandan neft qəbul edir.Türkiyə üçüncü oyunçudurEkspert hesab edir ki, Rusiya Tixoretsk-Bakı layihəsində maraqlı olardı, əgər o, daha böyük neft kəmərinin - Fars körfəzinə çıxışı olan İrana daxil olarsa.Onun sözlərinə görə, bu halda Süveyş kanalı vasitəsilə tranzit sürətinin daim artdığını nəzərə alsaq, bu, Rusiya Federasiyası üçün iqtisadi baxımdan daha sərfəli marşrut olardı. Amma burada Ankaranın simasında üçüncü oyunçu meydana çıxır ki, o da Rusiyanın belə bir neft kəməri çəkməsində maraqlı deyil, çünki Türkiyə İstanbul kanalını tikir.Analitik hesab edir ki, bu baxımdan Türkiyə Rusiya neftinin Azərbaycan ərazisindən tranziti üçün neft kəmərindən imtinaya lobbiçilik edə bilərdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231028/transxezer-qaz-kemeri-niye-hec-kime-lazim-deyil-460014562.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476648_102:0:2390:1716_1920x0_80_0_0_14025ba3c038a3662be21c57909813e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, kəmər, rusiya, azərbaycan, analitik, bakı, emal, qazaxıstan, barel, dollar, istanbul, iran, fars körfəzi
neft, kəmər, rusiya, azərbaycan, analitik, bakı, emal, qazaxıstan, barel, dollar, istanbul, iran, fars körfəzi
Qonşunun nefti: Tixoretsk-Bakı kəmərinin tərs işə salınması yolunda hansı maneələr dayanır
10:01 06.11.2023 (Yenilənib: 10:23 06.11.2023) Rusiya Federasiyasının Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov hesab edir ki, sözügedən layihə həm Bakı, həm də Moskva üçün sərfəli olsa da, tərəflərin həll etməli olduğu məsələlər var.
BAKI, 6 noyabr - Sputnik. Rusiya neftinin Azərbaycana tədarükü üçün Tixoretsk-Bakı kəmərinin işə salınmasının yenidən bərpası məsələsi ötən ayın ortalarında Rusiya baş nazirinin müavini Aleksandr Novakın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündən sonra fəal müzakirə olunmağa başlayıb. Sonra tərəflər Tixoretsk-Bakı neft kəməri ilə nəql olunan Rusiya neftinin həcminin Azərbaycan ərazisində emal oluna biləcəyi barədə fikir bildiriblər.
Bir neçə gün əvvəl Novak bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Bununla belə, ekspertlərin fikrincə, bəzi suallar açıq qaldığından layihənin icrası barədə danışmaq hələ tezdir.
Azərbaycan öz neftinə qənaət edəcək
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkovun fikrincə, Rusiya neftinin Tixoretsk-Bakı neft kəməri ilə Azərbaycana nəqli layihəsi Azərbaycan tərəfi üçün son dərəcə faydalıdır. Beləliklə, onun sayəsində Azərbaycan Rusiya neftini az qala 10-12 dollar/barel endirimlə ala biləcək.
“Güzəştlərin pik vaxtında Rusiya nefti 35 dollar/barelə qədər endirimlə satılırdı, indi isə endirim 10-12 dollar/barelə bərabərdir. Amma yenə də Rusiya neftini ucuz almaq, onu Bakı Neft Emalı Zavodunda emal etmək, neft məhsullarının bir hissəsini daxili bazara buraxmaq, artıqlığını isə dünya qiymətlərinə satmaq sərfəlidir”, - deyə Yuşkov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Beləliklə, Azərbaycan Rusiyadan tədarüklər sayəsində hazırda Bakı Neft Emalı Zavodunda emal olunan neftin həcmini sərbəst buraxa və dünya bazarında baha qiymətə sata biləcək. Bununla yanaşı, ekspert hesab edir ki, bu layihənin həyata keçirilməsində bir sıra problemlər var.
Bir tərəfdən, məsələn, Hindistana tankerlərlə daşınmaya görə artıq pul ödəməkdənsə, Rusiya neftinin mövcud infrastrukturdan istifadə edərək qonşu ölkəyə satılması məntiqli görünür. Amma digər tərəfdən, indi Bakı-Tixoretsk neft kəməri Mahaçqalada Qazaxıstandan neft qəbul edir.
“Ona görə də biz Qazaxıstandan neftlə nə edəcəyimizi hələ də düşünməliyik. Onu ümumiyyətlə qəbul etməmək lazım ola bilər, çünki Azərbaycan Qazaxıstan neftini götürmək istəmir, çünki o, kifayət qədər ağır və kükürdlüdür və Bakı neft emalı zavodunun Rusiyanın Urals markalı neftinə ehtiyacı var. O, Qazaxıstanın ağır neftinə köklənməyib. Bunu hara qoyacağımız tam aydın deyil, hər il təxminən 3 milyon ton Qazaxıstan nefti bu kəmərdən keçir”, - Yuşkov qeyd edib.
Ekspert hesab edir ki, Rusiya Tixoretsk-Bakı layihəsində maraqlı olardı, əgər o, daha böyük neft kəmərinin - Fars körfəzinə çıxışı olan İrana daxil olarsa.
“O zaman Rusiya Federasiyası bu layihəni təkcə Bakı Neft Emalı Zavodu üçün neft satmaq imkanı kimi deyil, həm də Qara dəniz boğazlarından yan keçən dəhlizin inkişafı və marşrutun qısaldılması kimi qiymətləndirərdi. Belə olan halda Rusiya nefti dərhal onun ən böyük alıcısı olan Hindistan sahillərinə çatacaqdı”, - Yuşkov qeyd bildirib.
Onun sözlərinə görə, bu halda Süveyş kanalı vasitəsilə tranzit sürətinin daim artdığını nəzərə alsaq, bu, Rusiya Federasiyası üçün iqtisadi baxımdan daha sərfəli marşrut olardı. Amma burada Ankaranın simasında üçüncü oyunçu meydana çıxır ki, o da Rusiyanın belə bir neft kəməri çəkməsində maraqlı deyil, çünki Türkiyə İstanbul kanalını tikir.
“Türkiyə boğazlardan keçid üçün pul tələb edə bilməz, lakin beynəlxalq dəniz hüququna uyğun olaraq kanaldan keçə bilər. Ona görə də belə çıxır ki, iki layihə - Azərbaycan və İrandan keçən neft kəməri və İstanbul kanalı rəqabət aparır”, - ekspert əlavə edib.
Analitik hesab edir ki, bu baxımdan Türkiyə Rusiya neftinin Azərbaycan ərazisindən tranziti üçün neft kəmərindən imtinaya lobbiçilik edə bilərdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.