https://sputnik.az/20231106/lacinda-bayraq-yurusu-kecirilib---foto-460312143.html
Laçında “Bayraq yürüşü” keçirilib - FOTO
Laçında “Bayraq yürüşü” keçirilib - FOTO
Sputnik Azərbaycan
Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və... 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T15:35+0400
2023-11-06T15:35+0400
2023-11-06T15:35+0400
laçın
cəmiyyət
elm və təhsil nazirliyi
müdafiə nazirliyi
dövlət bayrağı günü
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460311655_108:0:1093:554_1920x0_80_0_0_590199da217908cafe62c273c8ec29ac.jpg
BAKI, 6 noyabr — Sputnik. Elm və Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Laçında "Bayraq yürüşü" keçirilir. 2014-cü ildən etibarən keçirilən "Bayraq yürüşü" bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir. 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Laçında keçirilən yürüşdə Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi "Bayraq yürüşü" təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460311655_231:0:970:554_1920x0_80_0_0_211c88033f67ca3fcc9af1f2b59a5e2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, elm və təhsil nazirliyi, müdafiə nazirliyi, dövlət bayrağı günü
laçın, elm və təhsil nazirliyi, müdafiə nazirliyi, dövlət bayrağı günü
Laçında “Bayraq yürüşü” keçirilib - FOTO
Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
BAKI, 6 noyabr — Sputnik. Elm və Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Laçında "Bayraq yürüşü" keçirilir. 2014-cü ildən etibarən keçirilən "Bayraq yürüşü" bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir.
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Laçında keçirilən yürüşdə Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi "Bayraq yürüşü" təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.