https://sputnik.az/20231106/dyp-cerime-odenisiyle-bagli-yaradilan-saxta-sehifelere-gore-xeberdarliq-edib-460293851.html
DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə görə xəbərdarlıq edib
DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə görə xəbərdarlıq edib
Sputnik Azərbaycan
Son günlər "cəriməni buradan ödəyərək endirim əldə et" kampaniyası vədi verən "asancerime.com" internet saytıyla bağlı şikayətlərin sayı artıb. 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T12:19+0400
2023-11-06T12:19+0400
2023-11-06T12:19+0400
dyp
azərbaycan xəbərləri
yol polisi
dövlət yol polisi idarəsi
bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/41761/30/417613079_0:0:3389:1907_1920x0_80_0_0_96adbaa88438d49a2c84495cf5a70609.jpg
BAKI, 6 noyabr — Sputnik. DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə etibar edilməməsinə dair xəbərdarlıq edib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib ki, sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur: "Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir". Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır: "Son günlər "cəriməni buradan ödəyərək endirim əldə et" kampaniyası vədi verən "asancerime.com" internet saytıyla bağlı şikayətlərin sayı artıb. Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilib".
https://sputnik.az/20231106/yol-polisi-avtomobillerin-texniki-baxisdan-kecirilmesi-ile-bagli-ehaliye-muraciet-edib-460293622.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41761/30/417613079_555:0:3286:2048_1920x0_80_0_0_b352da790954b1842b293f2db8766d97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, yol polisi, dövlət yol polisi idarəsi, bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
dyp, yol polisi, dövlət yol polisi idarəsi, bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə görə xəbərdarlıq edib
Son günlər "cəriməni buradan ödəyərək endirim əldə et" kampaniyası vədi verən "asancerime.com" internet saytıyla bağlı şikayətlərin sayı artıb.
BAKI, 6 noyabr — Sputnik. DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə etibar edilməməsinə dair xəbərdarlıq edib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib ki, sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur: "Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir".
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır: "Son günlər "cəriməni buradan ödəyərək endirim əldə et" kampaniyası vədi verən "asancerime.com" internet saytıyla bağlı şikayətlərin sayı artıb. Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilib".