Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi”nin istifadəyə veriləcəyi tarix açıqlanıb

© AFP 2024 / MICHELE SPATARIDərman, arxiv şəkli
Dərman, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin bütün yerli istehsalçı və topdansatış əczaçılıq müəssisələrinin anbarlarında, eləcə də tibb müəssisələrində və apteklərdə real vaxt rejimində izlənilməsinə başlanılacaq.
BAKI, 6 noyabr — Sputnik. Dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi və qaçaqmalçılığının qarşısının alınması məqsədilə dərman vasitələrinin istehsalından/idxalından son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərin real vaxt rejimində izlənilməsini həyata keçirmək üçün "Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi"nin (DVTİS) 1 yanvar 2024-cü il tarixindən etibarən mərhələli olaraq tətbiq olunması nəzərdə tutulub.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin, 1 iyun 2024-cü il tarixindən isə digər dərman vasitələrinin bütün yerli istehsalçı və topdansatış əczaçılıq müəssisələrinin anbarlarında, eləcə də tibb müəssisələrində və apteklərdə real vaxt rejimində izlənilməsinə başlanılacaq.
"DVTİS"-nin tətbiqinə dair tədbirlər planı çərçivəsində, Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi"nin akt zalında Mərkəzin Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Səid Fərzullayev və bu sistemin qurucusu olan Türkiyənin "TC Health" şirkətinin əməkdaşları Yusuf Akay və Ümit Topbaş tərəfindən 31.10.2023 – 02.11.2023 tarixlərində "DVTİS"-nin istifadəsi barədə psixotrop və güclü təsir edən dərman vasitələrinin dövriyyəsində iştirak edən müəssisələrin nümayəndələrinə müvafiq təlimlər təşkil olunub.
3 gün müddətində davam edən təlimə, ilk gün yerli istehsalçı və topdansatış əczaçılıq müəssisələrinin nümayəndələri, ikinci günuapteklərin nümayəndələri, son gün isə özəl tibb müəssisələrinin nümayəndələri cəlb olunub.
Təlimlər zamanı iştirakçılara "DVTİS"-nin "QR kod sifarişi", "İstehsal bildirişi", "İdxal bildirişi", "Köçürülmə bildirişi", "Aptekin satış bildirişi", eləcə də, "Tibb müəssisəsinin istehlak bildirişi" altsistemlərinin istifadəsinə dair zəruri məlumatlar təqdim edilib.
İntertaktiv şəkildə keçirilən təlimlərdə yaranan suallar təlimçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb və müzakirələr aparılıb.
Xatırladaq ki, bu, cari ilin avqust ayında Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Xəbər lenti
0