https://sputnik.az/20231106/daskendde-qtisadi-emekdasliq-teskilatinin-sammiti-kecirilecek-460292270.html
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək
Sputnik Azərbaycan
Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir. 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T10:51+0400
2023-11-06T10:51+0400
2023-11-06T10:55+0400
iət
dünya xəbərləri
iqtisadi əməkdaşlıq təşkilatı
daşkənd
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458954769_0:67:1280:787_1920x0_80_0_0_dab398d05b85a356a3a29613bcb791b7.jpg
BAKI, 6 noyabr — Sputnik. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı sammitində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq. Özbəkistan mətbuatının yazdığına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. İƏT-ə üzv ölkələrin liderləri təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edəcəklər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir. İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Xatırladaq ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. 1992-ci ildə təşkilat Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası kimi 7 yeni üzvün daxil olması ilə daha da genişlənib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458954769_72:0:1209:853_1920x0_80_0_0_3719195012e9d593415ad931283731dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iət, iqtisadi əməkdaşlıq təşkilatı, daşkənd
iət, iqtisadi əməkdaşlıq təşkilatı, daşkənd
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək
10:51 06.11.2023 (Yenilənib: 10:55 06.11.2023) Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
BAKI, 6 noyabr — Sputnik. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı sammitində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Özbəkistan mətbuatının yazdığına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
İƏT-ə üzv ölkələrin liderləri təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edəcəklər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)
Xatırladaq ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.
1992-ci ildə təşkilat Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası kimi 7 yeni üzvün daxil olması ilə daha da genişlənib.