https://sputnik.az/20231106/bu-gun-geomaqnit-qasirgasi-gozlenilir-460296912.html
Bu gün geomaqnit qasırğası gözlənilir
Bu gün geomaqnit qasırğası gözlənilir
Sputnik Azərbaycan
2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan 2-3 dəfə yüksək olub. 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T13:14+0400
2023-11-06T13:14+0400
2023-11-06T13:14+0400
geomaqnit qasırğası
elm
bakı dövlət universiteti
https://cdnn1.img.sputnik.az/img/41735/02/417350254_0:109:2049:1261_1920x0_80_0_0_522b741618d30ae86f734de38f55e2d0.jpg
BAKI, 6 noyabr — Sputnik. Ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif impulsiv alışma baş verib. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub. 2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan 2-3 dəfə yüksək olub. Günəş küləyinin sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb. Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur. 21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41735/02/417350254_110:0:1937:1370_1920x0_80_0_0_b22f453e4ba808a5d89e54b9d4aaa5b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
geomaqnit qasırğası, bakı dövlət universiteti
geomaqnit qasırğası, bakı dövlət universiteti
Bu gün geomaqnit qasırğası gözlənilir
2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan 2-3 dəfə yüksək olub.
BAKI, 6 noyabr — Sputnik. Ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif impulsiv alışma baş verib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub. 2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan 2-3 dəfə yüksək olub. Günəş küləyinin sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb.
Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur.
21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək.