https://sputnik.az/20231106/azerbaycanda-herbcilerin-maaslarinin-artirilmasi-teklif-olunur-460308090.html
Azərbaycanda hərbçilərin maaşlarının artırılması təklif olunur
Azərbaycanda hərbçilərin maaşlarının artırılması təklif olunur
Sputnik Azərbaycan
Parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunur. 06.11.2023, Sputnik Azərbaycan
2023-11-06T15:17+0400
2023-11-06T15:17+0400
2023-11-06T15:17+0400
hərbçi
hərbi
milli təhlükəsizlik
dövlət büdcəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436860740_0:103:2000:1228_1920x0_80_0_0_2f87a2f232bf64ba5a42f3c6515fa582.jpg
BAKI, 6 noyabr — Sputnik. "Azərbaycanda müddətdən artıq xidmət keçən hərbçilərin maaşlarını artırmaq vacibdir". Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib. Onun sözlərinə görə, həmin hərbçilər peşəkarlardır və onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır. Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Ordusu ilə bağlı Prezident İlham Əliyevin müxtəlif tapşırıqları var. Bu işlər də ardıcıl şəkildə həyata keçirilir. “Bu işlərin nəticəsidir ki, ordumuz çox sayda qələbələrə imza atıb. Təbii ki, proseslər davam edir. Yəqin ki, bu barədə yaxın gələcəkdə məlumat olacaq”, - nazir əlavə edib. Qeyd edək ki, noyabrın 6-da Milli Məclisinin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirilir. İclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunur. Əlavə edək ki, maliyyə naziri Samir Şərifov deyib ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərinin 17,5%-i həcmində və ya 6 milyard 421 milyon manat vəsait ayrılması nəzərdə tutulub. "Bu da 2023-cü illə müqayisədə 366 milyon manat və yaxud 6 % çoxdur. Həmin vəsait ordumuzun qüdrətinin daha da artırılması, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, hərbçilərin sosial təminatının, xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində maliyyə təminatını yaradacaq", - nazir bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436860740_114:0:1887:1330_1920x0_80_0_0_a88f38ff183412810425992bd5632124.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbçi, milli təhlükəsizlik, dövlət büdcəsi
hərbçi, milli təhlükəsizlik, dövlət büdcəsi
Azərbaycanda hərbçilərin maaşlarının artırılması təklif olunur
Parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunur.
BAKI, 6 noyabr — Sputnik. "Azərbaycanda müddətdən artıq xidmət keçən hərbçilərin maaşlarını artırmaq vacibdir".
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, həmin hərbçilər peşəkarlardır və onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır.
Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Ordusu ilə bağlı Prezident İlham Əliyevin müxtəlif tapşırıqları var. Bu işlər də ardıcıl şəkildə həyata keçirilir.
“Bu işlərin nəticəsidir ki, ordumuz çox sayda qələbələrə imza atıb. Təbii ki, proseslər davam edir. Yəqin ki, bu barədə yaxın gələcəkdə məlumat olacaq”, - nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 6-da Milli Məclisinin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirilir.
İclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunur.
Əlavə edək ki, maliyyə naziri Samir Şərifov deyib ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərinin 17,5%-i həcmində və ya 6 milyard 421 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
"Bu da 2023-cü illə müqayisədə 366 milyon manat və yaxud 6 % çoxdur. Həmin vəsait ordumuzun qüdrətinin daha da artırılması, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, hərbçilərin sosial təminatının, xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində maliyyə təminatını yaradacaq", - nazir bildirib.