Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti Xorvatiyanın Baş naziri ilə regional məsələləri müzakirə edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 6 noyabr - Sputnik. Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Hökumətlərarası komissiyanın iclasının tezliklə keçirilməsinin və bu çərçivədə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılandı, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Xorvatiyanın Avropa İttifaqına və NATO-ya üzv ölkə olaraq, Azərbaycanın bu təsisatlarla əməkdaşlığını daim dəstəklədiyi vurğulanıb.
Xəbər lenti
0