https://sputnik.az/20231105/turkiyenin-cumhuriyyet-xalq-partiyasina-yeni-sedr-secilib-460280115.html
Türkiyənin Cumhuriyyət Xalq Partiyasına yeni sədr seçilib
Türkiyənin Cumhuriyyət Xalq Partiyasına yeni sədr seçilib
Sputnik Azərbaycan
Qeyd edək ki, birinci turda Özgür Özel 682, K. Kılıçdaroğlu isə qurultay nümayəndələrinin 664 səsini toplaya biliblər. 05.11.2023, Sputnik Azərbaycan
2023-11-05T16:01+0400
2023-11-05T16:01+0400
2023-11-05T16:01+0400
türkiyə
dünya xəbərləri
partiya
sədr
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/05/460279804_0:160:3072:1888_1920x0_80_0_0_67721569526671d2ff092d260ada0a1f.jpg
BAKI, 5 noyabr - Sputnik. Özgür Özel Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib. Türkiyə mətbuatına görə, o, partiyanın 38-ci qurultayının ikinci turunda 812 səs toplayaraq qalib gəlib. Onun rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu isə 536 səs toplayıb. Qeyd edək ki, birinci turda Özgür Özel 682, K. Kılıçdaroğlu isə qurultay nümayəndələrinin 664 səsini toplaya biliblər. Xatırladaq ki, Ö. Özel bundan əvvəl K. Kılıçdaroğlunun namizədliyinə etiraz olaraq CHP-nin Qrup Başqanı vəzifəsindən istefa verib. K. Kılıçdaroğlu CHP-yə 13 il ərzində sədrlik edib, lakin onun son Prezident seçkilərində rəqibi Rəcəb Tayyib Ərdoğana növbəti dəfə məğlub olduğuna görə partiya üzvləri tərəfindən istefası tələb olunurdu. CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) sonra ölkədə ikinci güclü siyasi qüvvədir. Builki parlament seçkilərində CHP Türkiyə Böyük Millət Məclisində 169, AKP isə 268 mandat qazanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/05/460279804_172:0:2901:2047_1920x0_80_0_0_162ca3107abf4d4296277ea3b41a2b94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə, partiya, sədr
Türkiyənin Cumhuriyyət Xalq Partiyasına yeni sədr seçilib
Qeyd edək ki, birinci turda Özgür Özel 682, K. Kılıçdaroğlu isə qurultay nümayəndələrinin 664 səsini toplaya biliblər.
BAKI, 5 noyabr - Sputnik. Özgür Özel Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib. Türkiyə mətbuatına görə, o, partiyanın 38-ci qurultayının ikinci turunda 812 səs toplayaraq qalib gəlib.
Onun rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu isə 536 səs toplayıb.
Qeyd edək ki, birinci turda Özgür Özel 682, K. Kılıçdaroğlu isə qurultay nümayəndələrinin 664 səsini toplaya biliblər.
Xatırladaq ki, Ö. Özel bundan əvvəl K. Kılıçdaroğlunun namizədliyinə etiraz olaraq CHP-nin Qrup Başqanı vəzifəsindən istefa verib.
K. Kılıçdaroğlu CHP-yə 13 il ərzində sədrlik edib, lakin onun son Prezident seçkilərində rəqibi Rəcəb Tayyib Ərdoğana növbəti dəfə məğlub olduğuna görə partiya üzvləri tərəfindən istefası tələb olunurdu.
CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) sonra ölkədə ikinci güclü siyasi qüvvədir. Builki parlament seçkilərində CHP Türkiyə Böyük Millət Məclisində 169, AKP isə 268 mandat qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.