Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Türk Dövlətləri Təşkilatının sammitində nələr müzakirə olunub?

Abunə olmaq
Qazaxıstanın paytaxtında Türk Dövlətləri Təşkilatının 10-cu sammiti keçirilib. Tədbirin gündəliyində hansı məsələlərin müzakirə olduğu haqqında daha ətraflı videomuzda izləyə bilərsiniz.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında bir çox strateji əhəmiyyətli məsələlər üzrə tam konsensus formalaşıb.
Bunu Azərbaycanın “Stem” analitik mərkəzinin rəhbəri Orxan Yolçuyev Sputnik Azərbaycan-a müsahibəsində deyib.
“TDT ölkələri əməkdaşlığın yeni mərhələsinə keçirlər: onlar iqtisadi və siyasi xarakterli məsələlərlə yanaşı, təhlükəsizlik, müdafiə və hərbi-texniki sənayenin inkişafı məsələlərini də müzakirə ediblər”, - deyə Yolçuyev qeyd edib.
Ekspert vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin coğrafiyasından iki qlobal dəhliz keçir: “Şərq-Qərb” və “Şimal-Cənub” bu arealın qlobal miqyasda əhəmiyyətini göstərir.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində dediyi kimi, nəqliyyat marşrutlarının diversifikasiyasına təcili ehtiyac olduğu bir halda Zəngəzur dəhlizi böyük əhəmiyyət kəsb edir", - deyə Yolçuyev vurğulayıb.
Xəbər lenti
0