https://sputnik.az/20231105/baydenin-komandasi-sraile-gore-fikir-ayriligi-ile-uzlesib---kv-460279450.html
Baydenin komandası İsrailə görə fikir ayrılığı ilə üzləşib - KİV
Baydenin komandası İsrailə görə fikir ayrılığı ilə üzləşib - KİV
Sputnik Azərbaycan
KİV-in həmsöhbətlərinin sözlərinə görə, komandanın bir hissəsi hazırkı prezidenti İsrailin Qəzza zolağındakı əxlaq qaydalarına zidd hərəkətlərini dəstəkləməkdə... 05.11.2023, Sputnik Azərbaycan
2023-11-05T18:06+0400
2023-11-05T18:06+0400
2023-11-05T18:06+0400
co bayden
dünya xəbərləri
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/12/459717028_0:0:3071:1728_1920x0_80_0_0_6d439d32d7fec405aa75509042e76890.jpg
BAKI, 5 noyabr — Sputnik. ABŞ prezidenti Co Baydenin seçki kampaniyası komandası onun İsrail və Fələstinin Həmas hərəkatı arasında müharibədə apardığı siyasətlə bağlı daha çox fikir ayrılığına düşür. Bu barədə ABŞ-ın "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. KİV-in həmsöhbətlərinin sözlərinə görə, komandanın bir hissəsi hazırkı prezidenti İsrailin Qəzza zolağındakı əxlaq qaydalarına zidd hərəkətlərini dəstəkləməkdə ittiham edir, digər hissəsi isə hesab edir ki, Bayden İsrailin HƏMAS yaraqlılarından müdafiə hüququ məsələsində mənəvi yetkinlik nümayiş etdirir. Bildirilir ki, bu fikir ayrılıqları əsasən İsraili dəstəkləyən yüksək səviyyəli demokratlar və Qəzza zolağının sakinlərinə “rəğbət bəsləyən” mütərəqqi gənclər arasında mövcuddur. Onlardan biri Fələstinli mülki şəxslərin kütləvi qətlini dəstəkləməyin əxlaqsızlıqdan başqa bir şey olmadığını bildirib Eyni zamanda, Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison nəşrlə söhbətində Co Baydenin İsrailin özünü müdafiə etmək hüququna malik olması tezisini mənəvi yetkinlik nümayiş etdirməklə əlaqələndirib. Nümayəndələr Palatasının Demokratları "Axios"a bildiriblər ki, onlar daha çox həmkarlarından Qəzza zolağındakı humanitar vəziyyət haqqında danışacaqlarını gözləyirlər. Birləşmiş Ştatlar iki dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və BMT Baş Assambleyasının digər məsələlərlə yanaşı, atəşkəs tələb edən qətnamələrinə qarşı çıxıb. Noyabrın 2-də ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 14,3 milyard dollar dəyərində respublikaçıların yardım planını qəbul edib. Co Bayden Konqresdən Ukrayna, İsrail, Tayvana yardımın maliyyələşdirilməsinə, habelə Meksika ilə sərhəddə qoruyucu divarın tikintisinə 106 milyard dollar ayırmağı xahiş edib. İsraillə bağlı son qanun layihəsi Baydenin fövqəladə vəziyyət tələbinin bəndlərindən birinə cavab verir, lakin o, Konqresin aşağı palatasının yəhudi dövlətinə və Ukraynaya yardımı bölmək təklifi ilə razılaşmır. ABŞ prezidenti bildirib ki, sənəd onun masasına qoyulsa, veto hüququndan istifadə edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/12/459717028_178:0:2909:2048_1920x0_80_0_0_cbfcaf240c3be86123fc0bb406f6dcab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
co bayden, abş
Baydenin komandası İsrailə görə fikir ayrılığı ilə üzləşib - KİV
KİV-in həmsöhbətlərinin sözlərinə görə, komandanın bir hissəsi hazırkı prezidenti İsrailin Qəzza zolağındakı əxlaq qaydalarına zidd hərəkətlərini dəstəkləməkdə ittiham edir.
BAKI, 5 noyabr — Sputnik. ABŞ prezidenti Co Baydenin seçki kampaniyası komandası onun İsrail və Fələstinin Həmas hərəkatı arasında müharibədə apardığı siyasətlə bağlı daha çox fikir ayrılığına düşür. Bu barədə ABŞ-ın "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
KİV-in həmsöhbətlərinin sözlərinə görə, komandanın bir hissəsi hazırkı prezidenti İsrailin Qəzza zolağındakı əxlaq qaydalarına zidd hərəkətlərini dəstəkləməkdə ittiham edir, digər hissəsi isə hesab edir ki, Bayden İsrailin HƏMAS yaraqlılarından müdafiə hüququ məsələsində mənəvi yetkinlik nümayiş etdirir.
Bildirilir ki, bu fikir ayrılıqları əsasən İsraili dəstəkləyən yüksək səviyyəli demokratlar və Qəzza zolağının sakinlərinə “rəğbət bəsləyən” mütərəqqi gənclər arasında mövcuddur. Onlardan biri Fələstinli mülki şəxslərin kütləvi qətlini dəstəkləməyin əxlaqsızlıqdan başqa bir şey olmadığını bildirib
Eyni zamanda, Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison nəşrlə söhbətində Co Baydenin İsrailin özünü müdafiə etmək hüququna malik olması tezisini mənəvi yetkinlik nümayiş etdirməklə əlaqələndirib.
Nümayəndələr Palatasının Demokratları "Axios"a bildiriblər ki, onlar daha çox həmkarlarından Qəzza zolağındakı humanitar vəziyyət haqqında danışacaqlarını gözləyirlər.
Birləşmiş Ştatlar iki dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və BMT Baş Assambleyasının digər məsələlərlə yanaşı, atəşkəs tələb edən qətnamələrinə qarşı çıxıb.
Noyabrın 2-də ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 14,3 milyard dollar dəyərində respublikaçıların yardım planını qəbul edib. Co Bayden Konqresdən Ukrayna, İsrail, Tayvana yardımın maliyyələşdirilməsinə, habelə Meksika ilə sərhəddə qoruyucu divarın tikintisinə 106 milyard dollar ayırmağı xahiş edib. İsraillə bağlı son qanun layihəsi Baydenin fövqəladə vəziyyət tələbinin bəndlərindən birinə cavab verir, lakin o, Konqresin aşağı palatasının yəhudi dövlətinə və Ukraynaya yardımı bölmək təklifi ilə razılaşmır. ABŞ prezidenti bildirib ki, sənəd onun masasına qoyulsa, veto hüququndan istifadə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.