https://sputnik.az/20231105/bakida-covken-uzre-dunya-cempionatinin-acilis-merasimi--acilis-merasimi-kecirilib-460278467.html
Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Sputnik Azərbaycan
Noyabrın 8-dək davam edəcəkyarışlarda yalnız milli cins atların iştirakı nəzərdə tutulub. 05.11.2023, Sputnik Azərbaycan
2023-11-05T13:56+0400
2023-11-05T13:56+0400
2023-11-05T14:06+0400
heydər əliyev ili
atçılıq
festival
çövkən
oyun
çempionat
cıdır meydanı
qaçış
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425808654_0:114:3072:1842_1920x0_80_0_0_c464e3891703116fe38f20e6e74c2a4c.jpg
BAKI, 5 noyabr - Sputnik. Noyabrın 5-də Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının və çövkən oyunu üzrə dünya çempionatının açılış mərasimi keçirilib.Azərtac xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutan açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmanının sürətlə inkişaf etdiyini deyib. Ölkəmizdə atçılıq idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyinə minnətdarlığını ifadə edən nazir bu baxımdan Milli Atçılıq Festivalının və çövkən oyunu üzrə dünya çempionatının önəmini xüsusi vurğulayıb.Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov ölkəmizdə atçılıq idmanına və yarışlarına böyük marağın olduğunu bildirib. Bu yarışlarda milli cins atların iştirakını qeyd edən nazir müavini atçılığın inkişafının Kənd Təsərrüfatı Nazirliyi üçün prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.Festival və dünya çempionatı noyabrın 8-dək davam edəcək. Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə çövkən çempionatı, cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425808654_270:0:3001:2048_1920x0_80_0_0_df070e2723bafe2555da51b2c1887281.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atçılıq, festival, çövkən, oyun, çempionat, cıdır meydanı, qaçış
atçılıq, festival, çövkən, oyun, çempionat, cıdır meydanı, qaçış
Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
13:56 05.11.2023 (Yenilənib: 14:06 05.11.2023) Noyabrın 8-dək davam edəcəkyarışlarda yalnız milli cins atların iştirakı nəzərdə tutulub.
BAKI, 5 noyabr - Sputnik. Noyabrın 5-də Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının və çövkən oyunu üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Azərtac xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutan açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmanının sürətlə inkişaf etdiyini deyib. Ölkəmizdə atçılıq idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyinə minnətdarlığını ifadə edən nazir bu baxımdan Milli Atçılıq Festivalının və çövkən oyunu üzrə dünya çempionatının önəmini xüsusi vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov ölkəmizdə atçılıq idmanına və yarışlarına böyük marağın olduğunu bildirib. Bu yarışlarda milli cins atların iştirakını qeyd edən nazir müavini atçılığın inkişafının Kənd Təsərrüfatı Nazirliyi üçün prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.
Festival və dünya çempionatı noyabrın 8-dək davam edəcək. Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə çövkən çempionatı, cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.