Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan mehmanxanalarda gecələmiş əcnəbilərin 16%-i Rusiya vətəndaşlarıdır

© AFP 2023 / KIRILL KUDRYAVTSEVHotel nömrəsi
Hotel nömrəsi - Sputnik Azərbaycan, 1920, 05.11.2023
Abunə olmaq
Gecələmələrin ümumi sayının 16,0 faizi Rusiya Federasiyası, 10,6 faizi Səudiyyə Ərəbistanı, 8,5 faizi Hindistan, 7,3 faizi Türkiyə, 6,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,5 faizi İsrail və digər ölkələrin vətəndaşlarının payına düşüb.
BAKI, 5 noyabr - Sputnik. 2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artaraq 2,6 milyon olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.
Gecələmələrin ümumi sayının 56,1 faizi Bakıda, 6,1 faizi Xaçmazda, 5,2 faizi Qubada, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qusarda, 3,8 faizi Naftalanda, 3,7 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 1,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,4 faizi Qaxda, 1,1 faizi Şamaxıda, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi Şəkidə, 0,5 faizi Mingəçevirdə, 0,5 faizi Şuşada və 4,7 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,3 faiz artaraq 1,3 milyon olub. Bu da ümumi gecələmələrin 53,4 faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 16,0 faizi Rusiya Federasiyası, 10,6 faizi Səudiyyə Ərəbistanı, 8,5 faizi Hindistan, 7,3 faizi Türkiyə, 6,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,5 faizi İsrail, 4,1 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, 2,9 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,2 faizi Özbəkistan, 1,9 faizi Pakistan, 1,8 faizi Çin, 1,8 faizi Gürcüstan, 1,5 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,0 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,8 faizi Belarus, 0,7 faizi Fransa, 0,6 faizi İran, 0,6 faizi Oman, 0,6 faizi Bəhreyn, 0,5 faizi Polşa, 0,5 faizi Niderland, 17,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,8 faizi Bakıda, 4,4 faizi Qəbələdə, 3,8 faizi Qubada, 3,5 faizi Qusarda, 3,5 faizi Naftalanda, 0,5 faizi Şabranda, 2,5 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz artaraq 1,2 milyon olub ki, bu da ümumi gecələmələrin 46,6 faizini təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0