https://sputnik.az/20231105/ardicil-iki-heftedir-neft-qiymetleri-asagi-dusur---sebeb-nedir-460279281.html
Ardıcıl iki həftədir neft qiymətləri aşağı düşür - Səbəb nədir?
Ardıcıl iki həftədir neft qiymətləri aşağı düşür - Səbəb nədir?
Sputnik Azərbaycan
Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı narahatlıq azaldıqdan sonra neft qiymətləri ardıcıl iki həftədə "WTI" nefti 4%, "Brent" nefti 6% azalıb. 05.11.2023, Sputnik Azərbaycan
2023-11-05T15:14+0400
2023-11-05T15:14+0400
2023-11-05T15:14+0400
neft-qaz
neft
qiymət
birja
neft ixrac edən ölkələr birliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240181_0:160:3072:1888_1920x0_80_0_0_352161ed3a30a28831b6abe413565c61.jpg
BAKI, 5 noyabr - Sputnik. Dünya bazarlarında neft qiymətləri həftəni ucuzlaşma ilə başa vurub. Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı narahatlıqların azaldılması neft qiymətlərini aşağıya doğru çəkib. Beləliklə, ardıcıl iki həftədir ki, neft ucuzlaşmaqda davam edib. ABŞ-nin Qərbi Texas nefti ("WTI") 2,4% ucuzlaşaraq 80,51 dollara, "Brent" nefti 2,4% azalaraq 84,89 dollara düşüb. Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı narahatlıq azaldıqdan sonra neft qiymətləri ardıcıl iki həftədə müvafiq olaraq 4% və 6% azalıb. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,53% azalaraq 90,67 dollar təşkil edib. Qeyd edək ki, bundan əlavə, Çində açıqlanan rəsmi rəqəmlər istehsal fəaliyyətinin oktyabr ayında gözlənilmədən azaldığını göstərib. Bu da neftin qiymətlərinə təsir göstərib. Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240181_171:0:2902:2048_1920x0_80_0_0_7bb2baa338ded09a59fdd62b5b53fc9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, birja, neft ixrac edən ölkələr birliyi
neft, qiymət, birja, neft ixrac edən ölkələr birliyi
Ardıcıl iki həftədir neft qiymətləri aşağı düşür - Səbəb nədir?
Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı narahatlıq azaldıqdan sonra neft qiymətləri ardıcıl iki həftədə "WTI" nefti 4%, "Brent" nefti 6% azalıb.
BAKI, 5 noyabr - Sputnik. Dünya bazarlarında neft qiymətləri həftəni ucuzlaşma ilə başa vurub.
Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı narahatlıqların azaldılması neft qiymətlərini aşağıya doğru çəkib. Beləliklə, ardıcıl iki həftədir ki, neft ucuzlaşmaqda davam edib.
ABŞ-nin Qərbi Texas nefti ("WTI") 2,4% ucuzlaşaraq 80,51 dollara, "Brent" nefti 2,4% azalaraq 84,89 dollara düşüb. Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı narahatlıq azaldıqdan sonra neft qiymətləri ardıcıl iki həftədə müvafiq olaraq 4% və 6% azalıb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,53% azalaraq 90,67 dollar təşkil edib.
Qeyd edək ki, bundan əlavə, Çində açıqlanan rəsmi rəqəmlər istehsal fəaliyyətinin oktyabr ayında gözlənilmədən azaldığını göstərib. Bu da neftin qiymətlərinə təsir göstərib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.