Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

XİN: “Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə davam edir”

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
XİN-in sosial media hesabındakı paylaşımında qeyd olunub ki, münaqişə başa çatdıqdan sonra 336 azərbaycanlı mina qurbanı olub.
BAKI, 4 noyabr — Sputnik. Ermənistanın yerləşdirdiyi minalar Azərbaycan vətəndaşlarını öldürməkdə və onlara xəsarət yetirməkdə davam edir. Tərtərdə minanın partlaması nəticəsində 24 yaşlı gəncin ayağı amputasiya olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Münaqişə başa çatdıqdan sonra 336 azərbaycanlı mina qurbanı olub. Bu təhlükəni aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir", - paylaşımda qeyd olunub.
Armenian-planted-landmines continue to kill and maim is.

As a result of landmine explosion in Tartar a leg of one 24 years old civilian was amputated.

Since the end of the conflict 3️⃣3️⃣6️⃣ Azerbaijanis became victims.

Urgent measures should be taken to eradicate this threat. pic.twitter.com/4U48ZTtgAg
— MFA Azerbaijan (@AzerbaijanMFA) November 3, 2023
Xəbər lenti
0