SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Prezidenti: "Qarabağ müharibəsində ən mühüm həmrəyliyi göstərmişik"

© AFP 2024 / GABRIEL BOUYSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
Türkiyə lideri: "Yəni, mesaj verildi ki, bir dövlət, bir xalq arxasında belə həmrəylik görürsə, nəticə əldə edə bilər".
BAKI, 4 noyabr — Sputnik. "Biz artıq Qarabağ müharibəsində ən mühüm həmrəyliyi göstərmişik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında Qazaxıstanın paytaxtı Astanada keçirilən 10-cu yubiley Zirvə Görüşündən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, indiyədək türk dövlətləri arasında bu həmrəylik və birlik ruhu bir çox sahələrdə inkişaf etməyə başlayıb: "İndi bizdə siyasi birlik var, şükür! Biz artıq Qarabağdakı hərbi məntəqədə ən mühüm həmrəyliyi göstərmişik. Qarabağ bunun dünyaya ən böyük sübutu idi. Yəni, mesaj verildi ki, bir dövlət, bir xalq arxasında belə həmrəylik görürsə, nəticə əldə edə bilər. Eyni nəticə Qarabağda da əldə olunub".
Xəbər lenti
0