https://sputnik.az/20231104/sgal-dovrunde-54-min-hektardan-artiq-mese-sahesi-mehv-edilib-460250427.html
İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib
İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib
Sputnik Azərbaycan
Nazir bildirib ki, artıq Ağdam və Cəbraıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə... 04.11.2023, Sputnik Azərbaycan
2023-11-04T14:10+0400
2023-11-04T14:10+0400
2023-11-04T14:10+0400
meşə
azərbaycan xəbərləri
milli məclis
ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev
mina
https://cdnn1.img.sputnik.az/img/42360/41/423604176_0:317:3078:2048_1920x0_80_0_0_66d23b0c992164c8060512de4fff1a31.jpg
BAKI, 4 noyabr — Sputnik. İşğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib. Bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. O bildirib ki, müxtəlif miqyaslı topoxəritələr və "Elektron su xəritəsi" hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub: "İşğaldan azad edilmiş ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır. Rayonlar üzrə poliqon əraziləri müəyyən edilib, bu ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib. Yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. Artıq Ağdam və Cəbraıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilib və bu işlərə başlanılıb. 1 noyabr 2023-cü il tarixinədək 20 min tona yaxın belə tullantı emal edilib". Nazir qeyd edib ki, törədilmiş ekoloji terror nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionunda iri miqyaslı zərər görmüş təbiət, mina və partlamamış hərbi sursatların mövcudluğu baxımından növbəti fəsadlarla qarşılaşır: "Mina təhlükəsi ilə əlaqədar ekosistemin bərpası istiqamətində tədbirləri istədiyimiz sürətlə apara bilmirik. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb". Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir. Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42360/41/423604176_347:0:3078:2048_1920x0_80_0_0_1c670ec2ce190dfa3cc13f124dc7f1f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meşə, milli məclis, ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev, mina
meşə, milli məclis, ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev, mina
İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib
Nazir bildirib ki, artıq Ağdam və Cəbraıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilib və bu işlərə başlanılıb.
BAKI, 4 noyabr — Sputnik. İşğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib.
Bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, müxtəlif miqyaslı topoxəritələr və "Elektron su xəritəsi" hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub: "İşğaldan azad edilmiş ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır. Rayonlar üzrə poliqon əraziləri müəyyən edilib, bu ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib. Yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. Artıq Ağdam və Cəbraıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilib və bu işlərə başlanılıb. 1 noyabr 2023-cü il tarixinədək 20 min tona yaxın belə tullantı emal edilib".
Nazir qeyd edib ki, törədilmiş ekoloji terror nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionunda iri miqyaslı zərər görmüş təbiət, mina və partlamamış hərbi sursatların mövcudluğu baxımından növbəti fəsadlarla qarşılaşır: "Mina təhlükəsi ilə əlaqədar ekosistemin bərpası istiqamətində tədbirləri istədiyimiz sürətlə apara bilmirik. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb".
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir.
Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.