https://sputnik.az/20231104/sadiq-qurbanov-ermenistan-mina-terroruna-gore-cavab-vermelidir-460257503.html
Sadiq Qurbanov: Ermənistan mina terroruna görə cavab verməlidir
Sadiq Qurbanov: Ermənistan mina terroruna görə cavab verməlidir
Sputnik Azərbaycan
Deputat vurğulayıb ki, Azərbaycan sülh və ərazilərində təhlükəsizlik istəyir. 04.11.2023, Sputnik Azərbaycan
2023-11-04T17:52+0400
2023-11-04T17:52+0400
2023-11-04T17:52+0400
mina
cəmiyyət
deputat
milli məclis
dinləmələr
mina
təhlükə
mübarizə
muxtar babayev
ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458901745_0:0:3072:1728_1920x0_80_0_0_f74fbb0b54cf2b13e7a63265cf695b7e.jpg
BAKI, 4 noyabr — Sputnik. Vətən müharibəsindən sonra Azərbaycanın ən böyük problemi mina təhlükəsidir. Bu da səbəbsiz deyil ki, Prezident İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən prinsiplər sırasına mina təhlükəsinin də əlavə olunmasını təklif edib. Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə keçirilən "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı deyib. Komitə sədri hazırda Qoşulmama Hərəkatında mina təsirinə məruz qalmış ölkələrin həmfikir qrupunun yaradılması istiqamətindən intensiv iş aparıldığını diqqətə çatdırıb. "Ermənistan işğal dövründə Azərbaycan ərazilərinə 1 milyondan çox mina basdırıb. Mülki insanlarımız mina partlayışı səbəbindən həyatlarını itiriblər. Onların arasında uşaqlar da var. Ermənistanın mina terroru beynəlxalq hüququn normalarına ziddir və İrəvan buna görə cavab verməlidir. Müvafiq beynəlxalq təşkilat və qurumlar da bizi dəstəkləməlidir", - deyə S.Qurbanov diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan sülh və ərazilərində təhlükəsizlik istəyir. Təəssüf ki, ölkəmizin sülh çağırışlarına hələ də cavab yoxdur. Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir. Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458901745_103:0:2834:2048_1920x0_80_0_0_1b0da15d1e233cbac1111d00a088a600.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mina, deputat, milli məclis, dinləmələr, mina, təhlükə, mübarizə, muxtar babayev, ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev
mina, deputat, milli məclis, dinləmələr, mina, təhlükə, mübarizə, muxtar babayev, ekologiya və təbii sərvətlər naziri muxtar bahadur oğlu babayev
Sadiq Qurbanov: Ermənistan mina terroruna görə cavab verməlidir
Deputat vurğulayıb ki, Azərbaycan sülh və ərazilərində təhlükəsizlik istəyir.
BAKI, 4 noyabr — Sputnik. Vətən müharibəsindən sonra Azərbaycanın ən böyük problemi mina təhlükəsidir. Bu da səbəbsiz deyil ki, Prezident İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən prinsiplər sırasına mina təhlükəsinin də əlavə olunmasını təklif edib.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə keçirilən "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı deyib.
Komitə sədri hazırda Qoşulmama Hərəkatında mina təsirinə məruz qalmış ölkələrin həmfikir qrupunun yaradılması istiqamətindən intensiv iş aparıldığını diqqətə çatdırıb.
"Ermənistan işğal dövründə Azərbaycan ərazilərinə 1 milyondan çox mina basdırıb. Mülki insanlarımız mina partlayışı səbəbindən həyatlarını itiriblər. Onların arasında uşaqlar da var. Ermənistanın mina terroru beynəlxalq hüququn normalarına ziddir və İrəvan buna görə cavab verməlidir. Müvafiq beynəlxalq təşkilat və qurumlar da bizi dəstəkləməlidir", - deyə S.Qurbanov diqqətə çatdırıb.
O vurğulayıb ki, Azərbaycan sülh və ərazilərində təhlükəsizlik istəyir. Təəssüf ki, ölkəmizin sülh çağırışlarına hələ də cavab yoxdur.
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir.
Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.