DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qış Ukrayna Silahlı Qüvvələrinə böyük problemlər gətirəcək

© Sputnik / Евгений БиятовUkrayna Ordusunun məhv edilmiş tankı
Ukrayna Ordusunun məhv edilmiş tankı - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
Qış mövsümündə enerji infrastrukturunun zədələnməsi Kiyev üçün xüsusilə təhlükəli olacaq.
BAKI, 4 noyabr — Sputnik. Qarşıdan gələn qış Ukrayna Silahlı Qüvvələrinə böyük problemlər gətirəcək, Rusiya ordusu isə soyuq havanın başlamasına hazırdır.
"National Interest" bu barədə yazıb.
Şərhçi Marina Miron yazıb: "Dronları, xüsusən də Ukrayna ordusu tərəfindən istifadə edilən DJI Mavic kimi kiçik olanları soyuq temperaturda, küləkdə və ya qarda istifadə etmək daha çətindir".
O qeyd edib ki, qış mövsümündə enerji infrastrukturunun zədələnməsi Kiyev üçün xüsusilə təhlükəli olacaq. Şərhçi bunun Ukrayna Silahlı Qüvvələrinin əməliyyatlarına ciddi təsir göstərə biləcəyini vurğulayıb.
"Məsələn, elektrik enerjisinin olmaması hər şeyi poza bilər - rabitədən tutmuş sahə xəstəxanalarının funksionallığına qədər", - deyə məqalənin müəllifi yazıb.
Ukrayna tərəfdən fərqli olaraq, Rusiya Federasiyası qış döyüşlərinə hazırlaşmaq üçün əhəmiyyətli səylər göstərib. Jurnalist əlavə edib ki, məhz bu məqsədlə Rusiya ordusu uzun illər idi ki, Arktikada təlimlər keçirirdi.
Keçmiş britaniyalı hərbçi Deniel Ridli bir müddət əvvəl bildirmişdi ki, qarşıdan gələn qış Ukrayna hərbçiləri üçün problemlər təhdid edir. O vurğulayıb ki, ukraynalılar üçün yaxınlaşan qışla mübarizə aparmaq çətin olacaq.
Xəbər lenti
0