https://sputnik.az/20231104/qarabag-ve-serqi-zengezur-15-milyona-yaxin-mina-ve-partlayici-sursatlarla-cirklendirilib-460250944.html
Qarabağ və Şərqi Zəngəzur 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib
Qarabağ və Şərqi Zəngəzur 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib
Sputnik Azərbaycan
ANAMA sədri deyib ki, Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə... 04.11.2023, Sputnik Azərbaycan
2023-11-04T14:45+0400
2023-11-04T14:45+0400
2023-11-04T14:45+0400
mina
qarabağın dirçəlişi və reinteqrasiyası
anama
milli məclis
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1d/425595042_0:2:3079:1733_1920x0_80_0_0_b75aeb6476e489c3aae3278cafdffa32.jpg
BAKI, 4 noyabr — Sputnik. "Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır". Bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O bildirib ki, bu gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, bizi əhatə edən ekosistemə zərər vurur, həm ətraf mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir edir: "Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir". O, həmçinin qeyd edib ki, Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə müxtəlif dərəcəli xəsarətlər alıb. ANAMA sədri deyib ki, minatəmizləmə səylərini dəstəkləmək, zərərçəkmiş insanlara kömək etmək və gələcək nəsillərin minaların dəhşətlərindən azad bir dünyada, sağlam və zərərsiz ətraf mühitdə yaşamasını təmin etmək üçün qurumlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti olaraq birləşmək bizim məsuliyyətimizdir. O bildirib ki, əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə daha təhlükəsiz, ekoloji cəhətdən daha təmiz və minalardan azad dünyaya yol açmalıyıq. Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir. Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1d/425595042_92:0:2823:2048_1920x0_80_0_0_cbe113f745d12b09963b684214ca19f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, anama, milli məclis, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
mina, anama, milli məclis, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Qarabağ və Şərqi Zəngəzur 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib
ANAMA sədri deyib ki, Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.
BAKI, 4 noyabr — Sputnik. "Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır".
Bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, bu gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, bizi əhatə edən ekosistemə zərər vurur, həm ətraf mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir edir: "Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir".
O, həmçinin qeyd edib ki, Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.
ANAMA sədri deyib ki, minatəmizləmə səylərini dəstəkləmək, zərərçəkmiş insanlara kömək etmək və gələcək nəsillərin minaların dəhşətlərindən azad bir dünyada, sağlam və zərərsiz ətraf mühitdə yaşamasını təmin etmək üçün qurumlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti olaraq birləşmək bizim məsuliyyətimizdir.
O bildirib ki, əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə daha təhlükəsiz, ekoloji cəhətdən daha təmiz və minalardan azad dünyaya yol açmalıyıq.
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir.
Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.