https://sputnik.az/20231104/neftcalada-narkotik-meselesi-onlayn-yolla-madde-alan-sexs-saxlanildi-460230901.html
Neftçalada narkotik məsələsi: Onlayn yolla maddə alan şəxs saxlanıldı
Neftçalada narkotik məsələsi: Onlayn yolla maddə alan şəxs saxlanıldı
Sputnik Azərbaycan
Onun əlində olan torbaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqramdan artıq olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb. 04.11.2023, Sputnik Azərbaycan
2023-11-04T00:18+0400
2023-11-04T00:18+0400
2023-11-04T00:18+0400
narkotik
cəmiyyət
neftçala
onlayn
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_0:0:3069:1727_1920x0_80_0_0_f2e5a354dcd9cf3bc45890a7208d7591.jpg
BAKI, 4 noyabr — Sputnik. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında gecə saatlarında keçirilən tədbir zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Mayılzadə rayonunun Həsənabad kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqramdan artıq olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, K.Mayılzadə sosial şəbəkə vasitəsilə tanış olduğu "Əli" adlı iranlı narkotacirin bank hesabına narkotik vasitələr almaq üçün 3000 manat pul göndərib. Narkotacir isə ona Neftçala rayonunun Həsənabad kəndi ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələrin yerini bildirib. K.Mayılzadə narkotik vasitələri təyin olunan yerdən götürüb uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_166:0:2897:2048_1920x0_80_0_0_fe97e0db8528eeab239f555e6b3f2312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, neftçala, onlayn
narkotik, neftçala, onlayn
Neftçalada narkotik məsələsi: Onlayn yolla maddə alan şəxs saxlanıldı
Onun əlində olan torbaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqramdan artıq olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.
BAKI, 4 noyabr — Sputnik. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında gecə saatlarında keçirilən tədbir zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Mayılzadə rayonunun Həsənabad kəndi ərazisində saxlanılıb.
Onun əlində olan torbaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqramdan artıq olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, K.Mayılzadə sosial şəbəkə vasitəsilə tanış olduğu "Əli" adlı iranlı narkotacirin bank hesabına narkotik vasitələr almaq üçün 3000 manat pul göndərib. Narkotacir isə ona Neftçala rayonunun Həsənabad kəndi ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələrin yerini bildirib. K.Mayılzadə narkotik vasitələri təyin olunan yerdən götürüb uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.