Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
"Ehtiyac meyarı" anlayışı tarixin arxivinə gedə bilər.
BAKI, 4 noyabr - Sputnik. "Ehtiyac meyarı" anlayışını ləğv etmək istəyirik.
APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.
O bildirib ki, hökumətin niyyəti bu prosesi tam vahid bir instituta çevirməkdir.
"Amma bu bir mexanizmdir, instrumentdir, hələ ki, qarşımızda böyük çağırışlar var, bunu instrument olaraq saxlayırıq", - Babayev qeyd edib.
"Elə bir il ola bilər ki, bizə o çağırışlar mane olar, diversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti də yaxın müddət ərzində bu prosesi tam bir instituta çevirməkdir", - deyə nazir əlavə edib.
Xəbər lenti
0