CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX və DMX birgə əməliyyat keçirib

© Photo : State Security Service of the Republic of AzerbaijanDTX əməkdaşları, arxiv şəkli
DTX əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
Qanunsuz miqrasiyanı təşkil etdiyinə dair barəsində əsaslı sübutlar əldə edilən əcnəbilərdən birinin Azərbaycanda yaşadığı məlum olub.
BAKI, 4 noyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, həmçinin işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi müəyyən edilərək saxlanılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıb.
Araşdırmalarla əcnəbilərin öz həmvətənləri tərəfindən 1100-2200 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.
Qanunsuz miqrasiyanı təşkil etdiyinə dair barəsində əsaslı sübutlar əldə edilən əcnəbilərdən birinin Azərbaycanda yaşadığı məlum olub. Hazırda həmin əcnəbinin şəxsiyyətinin müəyyən olunması və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.
Xəbər lenti
0