CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BMT: "Azərbaycan mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır"

© AFP 2024 / LUDOVIC MARINBMT bayrağı, arxiv şəkli
BMT bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
BMT-nin rezident əlaqələndiricisi bildirib ki, mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneə törədir.
BAKI, 4 noyabr — Sputnik. "Azərbaycan mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır".
Bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda oktyabrın 4-də parlamentdə keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, təkcə son 3 ildə mina partlayışları nəticəsində 65 mülki insan həyatını itirib: "Vətən müharibəsindən sonra yüzlərlə azərbaycanlı mina partlayışının qurbanı olub. Dünən Tərtərdə bir nəfər mülki şəxs yenə minadan zərər çəkib. Bütün bunlar ürək ağrıdır".
Vladanka Andreyeva vurğulayıb ki, mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneə törədir: "Mina təhükəsi nəticəsində nəinki insanlar həyatını itirir bu təhlükə həm də torpağa, onun münbitliliyinı mənfi təsir edir".
Bu sahədə ANAMA-nn işini yüksək qiymətlındirən V.Andreyeva 2020-ci ildən BMT-nin təşkilat və qurumları ilə aparılan əməkdaşlıq əlaqələrindən söz açıb və xeyli işlər görüldüyünü bildirib.
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir.
Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.
Xəbər lenti
0