https://sputnik.az/20231104/bir-minanin-zerersizlesdirilmesi-300-1500-dollara-bas-gelir---komite-sedri-460257763.html
Bir minanın zərərsizləşdirilməsi 300-1500 dollara baş gəlir - Komitə sədri
Bir minanın zərərsizləşdirilməsi 300-1500 dollara baş gəlir - Komitə sədri
Sputnik Azərbaycan
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın bu faciələrlə üzləşməyinin ən böyük günahkarlarından biri beynəlxalq təşkilatlardır. 04.11.2023, Sputnik Azərbaycan
2023-11-04T16:23+0400
2023-11-04T16:23+0400
2023-11-04T18:42+0400
mina
cəmiyyət
tahir mirkişili
milli məclis
dinləmələr
təhlükə
nazir
muxtar babayev
rövşən rzayev
bmt
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/14/425518787_0:42:3073:1770_1920x0_80_0_0_9fdfee453c28028a565525acaffe709c.jpg
BAKI, 4 noyabr — Sputnik. "Əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq" Bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O bildirib ki, BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara baş gəlir. Bu, minanın yerləşmə yerindən, mürəkkəbliyindən və s. ibarətdir. Təmizləmə prosesi özü ciddi məsələdir. "Hesablamalara görə, ərazilərimizin minadan çirkənləməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda, mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. Ermənistan mina xəritələrinin Azərbaycana verilməsini təmin etməlidir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək", - komitə sədri bildirib. Tahir Mirkişili qeyd edib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə Azərbaycana yardım etməlidir: "Burada BMT-nin nümayəndəsi də çıxış etdi. Bizim bu faciələrlə üzləşməyimizin ən böyük günahkarlarından biri beynəlxalq təşkilatlardır. Onlar vaxtında işğalçı Ermənistanı pisləsəydilər burada bu məsələni müzakirə etməzdik. Bunun qabağını almayıblar, bizə kömək etməyiblər. Öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etmişiksə, heç olmasa bundan sonra problemin həlli üçün bizə yardım etsinlər". Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir. Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/14/425518787_143:0:2874:2048_1920x0_80_0_0_3ddb12ab53fa8fdbf57106c107306667.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mina, tahir mirkişili, milli məclis, dinləmələr, təhlükə, nazir, muxtar babayev, rövşən rzayev, bmt
mina, tahir mirkişili, milli məclis, dinləmələr, təhlükə, nazir, muxtar babayev, rövşən rzayev, bmt
Bir minanın zərərsizləşdirilməsi 300-1500 dollara baş gəlir - Komitə sədri
16:23 04.11.2023 (Yenilənib: 18:42 04.11.2023) Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın bu faciələrlə üzləşməyinin ən böyük günahkarlarından biri beynəlxalq təşkilatlardır.
BAKI, 4 noyabr — Sputnik. "Əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq"
Bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara baş gəlir. Bu, minanın yerləşmə yerindən, mürəkkəbliyindən və s. ibarətdir. Təmizləmə prosesi özü ciddi məsələdir.
"Hesablamalara görə, ərazilərimizin minadan çirkənləməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda, mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. Ermənistan mina xəritələrinin Azərbaycana verilməsini təmin etməlidir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək", - komitə sədri bildirib.
Tahir Mirkişili qeyd edib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə Azərbaycana yardım etməlidir: "Burada BMT-nin nümayəndəsi də çıxış etdi. Bizim bu faciələrlə üzləşməyimizin ən böyük günahkarlarından biri beynəlxalq təşkilatlardır. Onlar vaxtında işğalçı Ermənistanı pisləsəydilər burada bu məsələni müzakirə etməzdik. Bunun qabağını almayıblar, bizə kömək etməyiblər. Öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etmişiksə, heç olmasa bundan sonra problemin həlli üçün bizə yardım etsinlər".
Qeyd edək ki, noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirilir.
Dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı və digər rəsmi şəxslər iştirak edirlər.