https://sputnik.az/20231104/azerbaycan-serheddini-pozmaga-cehd-edenlere-ve-yerli-beledciye-hokm-oxunub-460257902.html
Azərbaycan sərhəddini pozmağa cəhd edənlərə və yerli bələdçiyə hökm oxunub
Azərbaycan sərhəddini pozmağa cəhd edənlərə və yerli bələdçiyə hökm oxunub
Sputnik Azərbaycan
İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz yolla Gürcüstana keçməyə cəhd edib. 04.11.2023, Sputnik Azərbaycan
2023-11-04T16:04+0400
2023-11-04T16:04+0400
2023-11-04T16:04+0400
məhkəmə
cəmiyyət
bələdçi
hökm
cinayət məcəlləsi
şəmkir rayonu
gürcüstan
qanunsuz
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951509_0:0:3073:1728_1920x0_80_0_0_a5b7ad26b93c4cc3d034cdb927989608.jpg
BAKI, 4 noyabr — Sputnik. Aprel ayının 6-da saat 01:08-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 Nepal və 2 Şri-Lanka vətəndaşına, eləcə də onlara kömək etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Nadir Hüseynova hökm oxunub. Hökm Ağstafa Rayon Məhkəməsində hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub. Belə ki, onlardan 3 nəfər, eləcə də Azərbaycan vətəndaşı Nadir Hüseynov 7 ay müddətinə, 1 nəfər isə 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz yolla Gürcüstana keçməyə cəhd edib. Azərbaycan vətəndaşı Bakı şəhər sakini - 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu onlara qanunsuz əməlləri törətməkdə kömək edib. Qeyd edək ki, sərhəd pozuntusu bu il aprelin 6-da Şəmkir rayonunda qeydə alınıb. Onlara qarşı Cinayət Məcəlləsinin 32.5 (qaçaqmalçılığa köməklik etmə), 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951509_112:0:2843:2048_1920x0_80_0_0_c5927bdc7ea57c4709c5d436c5a08ffa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, bələdçi, hökm, cinayət məcəlləsi, şəmkir rayonu, gürcüstan, qanunsuz
məhkəmə, bələdçi, hökm, cinayət məcəlləsi, şəmkir rayonu, gürcüstan, qanunsuz
Azərbaycan sərhəddini pozmağa cəhd edənlərə və yerli bələdçiyə hökm oxunub
İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz yolla Gürcüstana keçməyə cəhd edib.
BAKI, 4 noyabr — Sputnik. Aprel ayının 6-da saat 01:08-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 Nepal və 2 Şri-Lanka vətəndaşına, eləcə də onlara kömək etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Nadir Hüseynova hökm oxunub.
Hökm Ağstafa Rayon Məhkəməsində hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.
Belə ki, onlardan 3 nəfər, eləcə də Azərbaycan vətəndaşı Nadir Hüseynov 7 ay müddətinə, 1 nəfər isə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz yolla Gürcüstana keçməyə cəhd edib. Azərbaycan vətəndaşı Bakı şəhər sakini - 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu onlara qanunsuz əməlləri törətməkdə kömək edib.
Qeyd edək ki, sərhəd pozuntusu bu il aprelin 6-da Şəmkir rayonunda qeydə alınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 32.5 (qaçaqmalçılığa köməklik etmə), 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.