Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilib

© AR Ministry of DefenceAzərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilib
Azərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilib  - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində motoatıcı bölmələr ilə komanda-qərargah səfərbərlik təlimi keçirilib.
BAKI, 4 noyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində motoatıcı bölmələr ilə komanda-qərargah səfərbərlik təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimə birlik və birləşmələrin qərargahları, həmçinin bölmə komandirləri cəlb olunub.
Səfərbərlik təlimi zamanı motoatıcı bölmələrin komplektləşdirilməsi, döyüş uzlaşmasının təşkili, döyüş təyinatlı rayona yerdəyişmənin keçirilməsi, ərazidə yerləşmə üzrə hesabatların dəqiqləşdirilməsi və növbəti tapşırıqların icrasına hazırlıq üzrə müvafiq fəaliyyətlər yerinə yetirilib.
Xəbər lenti
0