https://sputnik.az/20231103/xaricde-tehsil-alan-daha-117-neferin-diplomu-taninmadi-460238776.html
Xaricdə təhsil alan daha 117 nəfərin diplomu tanınmadı
Xaricdə təhsil alan daha 117 nəfərin diplomu tanınmadı
Sputnik Azərbaycan
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat... 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T17:52+0400
2023-11-03T17:52+0400
2023-11-03T18:01+0400
diplom
təhsil
dövlət imtahan mərkəzi
https://cdnn1.img.sputnik.az/img/41851/43/418514350_0:98:1920:1178_1920x0_80_0_0_330fee4a0f66dfcc6b3cf3d1ee34d543.jpg
BAKI, 3 noyabr — Sputnik. Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 99, təhsilalma forması üzrə 10, dövlət nümunəli olmayan diplom üzrə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 261, Rusiya Federasiyasından 197, Türkiyə Respublikasından 132, Gürcüstandan 54, Belarus Respublikasından 40, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciətçi qeydə alıb. Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib. Qeyd edilik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətçilərin 47%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib. Müraciətçilərin 53%-i isə imtahanda keçid balı toplamayıb və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41851/43/418514350_110:0:1810:1275_1920x0_80_0_0_f916fdd37ff884e46c177754169f111d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
diplom, dövlət imtahan mərkəzi
diplom, dövlət imtahan mərkəzi
Xaricdə təhsil alan daha 117 nəfərin diplomu tanınmadı
17:52 03.11.2023 (Yenilənib: 18:01 03.11.2023) Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciətçi qeydə alıb.
BAKI, 3 noyabr — Sputnik. Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 99, təhsilalma forması üzrə 10, dövlət nümunəli olmayan diplom üzrə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 261, Rusiya Federasiyasından 197, Türkiyə Respublikasından 132, Gürcüstandan 54, Belarus Respublikasından 40, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciətçi qeydə alıb.
Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.
Qeyd edilik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətçilərin 47%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib. Müraciətçilərin 53%-i isə imtahanda keçid balı toplamayıb və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə ediblər.