DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək - Hakan Fidan

© AP Photo / Burhan OzbiliciHakan Fidan
Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Xarici işlər naziri Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması üçün səylərin göstərilməli olduğunu da əlavə edib.
BAKI, 3 noyabr — Sputnik. "Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək".
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Astanada keçirilən Türk Dövlətləri Təşkilatının XİN rəhbərlərinin Şurasının iclasında çıxışı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, Türk dünyası getdikcə daha çox təşkilatlanır və əməkdaşlığı dərinləşdirir.
H. Fidanın sözlərinə görə, üzv ölkələr Kipr türklərinə tətbiq edilən ədalətsiz və qeyri-insani təcridə qarşı birlikdə dayanmalıdır.
Xarici işlər naziri Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması üçün səylərin göstərilməli olduğunu da əlavə edib. Transxəzər sərvətlərinin, xüsusilə Türkmənistanın təbii qazının Türkiyə və Avropaya ötürülməsinin vacibliyini vurğulayıb.
O, həmçinin İsrailin Qəzzaya hücumunu, dinc əhalinin qətliamının qəbuledilməz olduğunu, bir an əvvəl qeyd-şərtsiz atəşkəsin elan edilməsini və Qəzzaya yardımların fasiləsiz olaraq bölgəyə çatması lazım olduğunu bildirib.
Xəbər lenti
0