SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk dövlətlərinin liderləri İlham Əliyevi və Azərbaycan xalqını təbrik ediblər

© Official website of President of Azerbaijan RepublicAstanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü
Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Özbəkistan Prezidenti Mirziyoyev isə vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.
BAKI, 3 noyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik ediblər.
Bu barədə təbriklərini onlar Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.
Tokayevin sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.
Özbəkistan Prezidenti Mirziyoyev isə vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.
Ş.Mirziyoyev bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub: "Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm".
Xəbər lenti
0