DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tonoyana görə erməni deputatın oğluna sərt töhmət verildi

© SputnikDavid Tonoyan
David Tonoyan - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Melkonyan parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryanın himayəsindən istifadə edir.
BAKI, 3 noyabr — Sputnik. İrəvan-Kentron Cəzaçəkmə Müəssisəsinin istintaq təcridxanasının rəhbəri, hökumətyönlü deputat Qaqik Melkonyanın oğlu Arman Melkonyana rəhbərləri tərəfindən sərt töhmət verilib.
Nəşrin məlumatına görə, buna səbəb Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyanla bağlı son epizod olub.
Bu ilin avqustunda Tonoyan məhkəmənin icazəsi ilə 44 günlük müharibənin şəraitini öyrənmək üçün parlament komissiyasının iclasında iştirak edib. O, istintaq təcridxanasından çıxarılıb və parlamentə aparılmazdan əvvəl ona bir neçə dəqiqəlik anası ilə görüşmək imkanı verilməsini istəyib. Ona buna icazə verilib. Bu, Ədliyyə Nazirliyinin cinayət-icra idarəsinin rəisi Sergey Atomyanın işdən çıxarılmasına səbəb olub.
Baş verənlərə görə istintaq təcridxanasının rəisi də sərt töhmət alıb.
Nəşr qeyd edir ki, Melkonyan parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryanın himayəsindən istifadə edir.
Xatırladaq ki, avqustun 5-də Ermənistanın baş nazirinin qərarı ilə Sergey Atomyan 2021-ci ilin sentyabrından tutduğu Kriminal İcra Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
Xəbər lenti
0