CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidi artırılmalıdır - Hüseynova

© Sputnik / Murad OrujovHicran Hüseynova
Hicran Hüseynova  - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Ailə və Uşaqlara Dəstək Mərkəzlərinin müsbət valideynlik bacarıqlarının öyrədilməsi ilə bağlı tədbirləri müsbət qiymətləndirmək olar.
BAKI, 3 noyabr — Sputnik. "Məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidi artırılmalıdır".
Bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, ailədaxili və sosial mühitdə baş verən hadisələr uşaq və yeniyetmələrin davranışına və psixoloji vəziyyətinə neqativ təsir göstərir:
"Tez-tez xəbər saytlarında itkin düşən, intihar edən, məktəblərdə bulinqə məruz qalan uşaqlar haqqında məlumatlar verilir. Bu mənada, məktəblərdə psixoloji xidmətin göstərilməsi, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələri, Ailə və Uşaqlara Dəstək Mərkəzlərinin müsbət valideynlik bacarıqlarının öyrədilməsi ilə bağlı tədbirləri müsbət qiymətləndirmək olar. Lakin təcrübə də göstərir ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac var. Eyni zamanda, ailə psixoloqu ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi də vacib məsələdir".
Xəbər lenti
0