https://sputnik.az/20231103/tdt-nin-astana-sammitinin-gundeliyi-aciqlanib-460117927.html
Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçiriləcək
Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçiriləcək
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstanda səfərdədir. 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T09:47+0400
2023-11-03T09:47+0400
2023-11-03T09:49+0400
dünya xəbərləri
tdt
astana
sammit
gündəlik
türk dövlətləri təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216742_0:209:2897:1839_1920x0_80_0_0_33ade530f7e1e73c282d34ba22a78e2e.jpg
BAKI, 3 noyabr - Sputnik. Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçiriləcək.“Türk zamanı!” şüarı altında keçiriləcək sammitdə və iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarına baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.Zirvə toplanmtısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.Noyabrın 2-dən Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216742_83:0:2814:2048_1920x0_80_0_0_68c7b8c5ddd9ed8da5cfd7821971a675.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tdt, astana, sammit, gündəlik, türk dövlətləri təşkilatı
tdt, astana, sammit, gündəlik, türk dövlətləri təşkilatı
Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçiriləcək
09:47 03.11.2023 (Yenilənib: 09:49 03.11.2023) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.
BAKI, 3 noyabr - Sputnik. Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçiriləcək.
“Türk zamanı!” şüarı altında keçiriləcək sammitdə və iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.
Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarına baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.
Zirvə toplanmtısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.
Noyabrın 2-dən Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.