CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Sədərək” gömrük postunda niyə sıxlıq yaranıb?

© Sputnik / Ilham MustafaYük maşınları
Yük maşınları - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Komitənin məlumatında qeyd edilir ki, hazırda "Sədərək" gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir.
BAKI, 3 noyabr — Sputnik. Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən "Sədərək" gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.
Bu barədə Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində "Sədərək" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilərkən bildirib.
Komitənin məlumatında qeyd edilir ki, hazırda "Sədərək" gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir: "Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır".
Qeyd edək ki, Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur.
Xəbər lenti
0