https://sputnik.az/20231103/revan-a-ile-siyaset-ve-tehlukesizlik-sahesinde-dialoq-aparir---xn-460223176.html
İrəvan Aİ ilə siyasət və təhlükəsizlik sahəsində dialoq aparır - XİN
İrəvan Aİ ilə siyasət və təhlükəsizlik sahəsində dialoq aparır - XİN
Sputnik Azərbaycan
Xarici işlər naziri həmçinin digər Qərb oyunçuları, xüsusən də Fransa və ABŞ ilə münasibətləri prioritet adlandırıb. 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T12:49+0400
2023-11-03T12:49+0400
2023-11-03T12:49+0400
xin
siyasət
ermənistan
avropa ittifaqı
abş
fransa
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800529_0:0:3071:1728_1920x0_80_0_0_2b43a9efcdaee25cd7d8d4f7c69361f3.jpg
BAKI, 3 noyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin mülki monitorinq missiyasının sərhəd təhlükəsizliyinin təmin edilməsində mühüm rolu olduğunu bildirib. Bu barədə o, parlamentdə 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı danışıb. Nazir bildirib ki, Ermənistan Avropa İttifaqı ilə sıx əlaqələri inkişaf etdirməyə davam edəcək və hazırda tərəflər yeni əməkdaşlıq sahələri açır və müəyyənləşdirirlər. Bunlara misal olaraq siyasi və təhlükəsizlik sahəsində dialoqu açıqlayıb. O, həmçinin viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlandığını vurğulayıb. Xarici işlər naziri həmçinin digər Qərb oyunçuları, xüsusən də Fransa və ABŞ ilə münasibətləri prioritet adlandırıb. Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilmişdi. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylər üçün əlverişli şərait yaratmaq kimi təqdim edilib. Noyabrın 1-də missiya Yeqnadzorda baş ofisini açıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800529_182:0:2913:2048_1920x0_80_0_0_a75ddffd2bf410c69e493ffa942063f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xin, ermənistan, avropa ittifaqı, abş, fransa, ararat mirzoyan
xin, ermənistan, avropa ittifaqı, abş, fransa, ararat mirzoyan
İrəvan Aİ ilə siyasət və təhlükəsizlik sahəsində dialoq aparır - XİN
Xarici işlər naziri həmçinin digər Qərb oyunçuları, xüsusən də Fransa və ABŞ ilə münasibətləri prioritet adlandırıb.
BAKI, 3 noyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin mülki monitorinq missiyasının sərhəd təhlükəsizliyinin təmin edilməsində mühüm rolu olduğunu bildirib. Bu barədə o, parlamentdə 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı danışıb.
Nazir bildirib ki, Ermənistan Avropa İttifaqı ilə sıx əlaqələri inkişaf etdirməyə davam edəcək və hazırda tərəflər yeni əməkdaşlıq sahələri açır və müəyyənləşdirirlər. Bunlara misal olaraq siyasi və təhlükəsizlik sahəsində dialoqu açıqlayıb.
O, həmçinin viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlandığını vurğulayıb.
Xarici işlər naziri həmçinin digər Qərb oyunçuları, xüsusən də Fransa və ABŞ ilə münasibətləri prioritet adlandırıb.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilmişdi. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylər üçün əlverişli şərait yaratmaq kimi təqdim edilib. Noyabrın 1-də missiya Yeqnadzorda baş ofisini açıb.