SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: TDT-yə üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq artmalıdır

© Official website of President of Azerbaijan RepublicAstanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü
Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Azərbaycan lideri qeyd edib ki, münasibətlərin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur.
BAKI, 3 noyabr — Sputnik. Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
Müharibələrin, qanlı münaqişələrin alovlandığını qeyd edən Prezident İlham Əliyev bildirib: "Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır".
Azərbaycan lideri qeyd edib ki, münasibətlərin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur:
"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir", - deyə dövlətimizin başçısı qeyd edib.
Xəbər lenti
0