NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft qiymətləri cüzi bahalaşıb

© AP Photo / Tony GutierrezNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Bu həftə ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini dəyişməyib, Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini son 15 ilin pik həddində saxlayıb. Bu addımlar da neft qiymətlərini dəstəkləyib.
BAKI, 3 noyabr — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri nisbətən bahalaşıb.
Dolların zəifləməsi neftin cüzi bahalaşmasına səbəb olub.
"Brent" markalı neft 29 sent və ya 0,3% artaraq 87,14 dollar, ABŞ-nin Qərbi Texas nefti 36 sent və ya 0,4% artaraq 82,82 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 0,07 dollar və yaxud 0,08% azalaraq 91,15 dollar təşkil edib.
Bu həftə ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini dəyişməyib, Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini son 15 ilin pik həddində saxlayıb. Bu addımlar da neft qiymətlərini dəstəkləyib. FED-in açıqlamalarından sonra dolların ucuzlaşması neft bazarları üçün əsas dəstək nöqtəsi olub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Xəbər lenti
0