https://sputnik.az/20231103/mirziyoyev-turk-dunyasi-xartiyasi-ve-turk-nkisaf-bankinin-yaradilmasini-teklif-edib-460229490.html
Mirziyoyev Türk dünyası xartiyası və Türk İnkişaf Bankının yaradılmasını təklif edib
Mirziyoyev Türk dünyası xartiyası və Türk İnkişaf Bankının yaradılmasını təklif edib
Sputnik Azərbaycan
Dövlətlərimiz arasında sənaye əməkdaşlığını gücləndirmək və böyük investisiya layihələrini həyata keçirmək üçün biz Türk İnkişaf Bankının yaradılması üzərində... 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T19:57+0400
2023-11-03T19:57+0400
2023-11-03T19:57+0400
özbəkistan
siyasət
türk dövlətləri təşkilatı
şavkat mirziyoyev
astana
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0d/453741297_0:0:2856:1608_1920x0_80_0_0_0c30e7c17553b2bd2eb127cfae882d6e.jpg
BAKI, 3 noyabr — Sputnik. Özbəkistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri türk dünyası üçün xartiya hazırlamağa çağırır. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Astanada keçirilən TDT sammitində deyib. "Əsas məqsədimiz bütün maneələri birgə və səmərəli şəkildə dəf etmək üçün təşkilat daxilində qarşılıqlı hörmət, etimad və şəffaflıq prinsiplərini gücləndirməkdir. Bu baxımdan mən Türk dünyasının xartiyasının hazırlanmasını zəruri hesab edirəm. Türk xalqlarının birliyi, onların böyük keçmişi, zəngin mədəniyyəti və ata-baba dəyərlərindən bəhs edən nadir simvolik ensiklopediyanın aparıcı alim və ekspertlərin iştirakı ilə hazırlanmasını təklif edirəm", - Mirziyoyev bildirib. O, həmçinin Türk İnkişaf Bankının yaradılması üzrə işləri gücləndirməyə çağırıb. "Dövlətlərimiz arasında sənaye əməkdaşlığını gücləndirmək və böyük investisiya layihələrini həyata keçirmək üçün biz Türk İnkişaf Bankının yaradılması üzərində işi gücləndirməliyik. Biz bu maliyyə institutunu Daşkənddə yerləşdirməyə hazırıq", - Özbəkistan lideri qeyd edib. O, TDT tərəfdaşlarını ticarətdə maneələrin aradan qaldırılmasına yönəlmiş konkret tədbirləri birgə həyata keçirməyə, ixrac və idxalın yeni həcmlərinin artırılması üçün yeni mexanizmləri geniş şəkildə tətbiq etməyə, elektron ticarət platformalarını inkişaf etdirməyə çağırıb. "Qlobal logistika zəncirlərinin, nəqliyyat dəhlizlərinin inkişafı və şaxələndirilməsi, vahid tranzit şəbəkəsinin formalaşdırılması məsələləri aktual əhəmiyyət kəsb edir", - Özbəkistan rəhbəri vurğulayıb. O, Orta Nəqliyyat Dəhlizinin yaradılması layihəsini, eləcə də təşkilat ölkələrindən Çin, Cənubi Asiya və Avropa bazarlarına keçən digər marşrutları qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0d/453741297_125:0:2856:2048_1920x0_80_0_0_7d743887ff1b31ea889b70661ada8833.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
özbəkistan, türk dövlətləri təşkilatı, şavkat mirziyoyev, astana
özbəkistan, türk dövlətləri təşkilatı, şavkat mirziyoyev, astana
Mirziyoyev Türk dünyası xartiyası və Türk İnkişaf Bankının yaradılmasını təklif edib
Dövlətlərimiz arasında sənaye əməkdaşlığını gücləndirmək və böyük investisiya layihələrini həyata keçirmək üçün biz Türk İnkişaf Bankının yaradılması üzərində işi gücləndirməliyik.
BAKI, 3 noyabr — Sputnik. Özbəkistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri türk dünyası üçün xartiya hazırlamağa çağırır. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Astanada keçirilən TDT sammitində deyib.
"Əsas məqsədimiz bütün maneələri birgə və səmərəli şəkildə dəf etmək üçün təşkilat daxilində qarşılıqlı hörmət, etimad və şəffaflıq prinsiplərini gücləndirməkdir. Bu baxımdan mən Türk dünyasının xartiyasının hazırlanmasını zəruri hesab edirəm. Türk xalqlarının birliyi, onların böyük keçmişi, zəngin mədəniyyəti və ata-baba dəyərlərindən bəhs edən nadir simvolik ensiklopediyanın aparıcı alim və ekspertlərin iştirakı ilə hazırlanmasını təklif edirəm", - Mirziyoyev bildirib.
O, həmçinin Türk İnkişaf Bankının yaradılması üzrə işləri gücləndirməyə çağırıb.
"Dövlətlərimiz arasında sənaye əməkdaşlığını gücləndirmək və böyük investisiya layihələrini həyata keçirmək üçün biz Türk İnkişaf Bankının yaradılması üzərində işi gücləndirməliyik. Biz bu maliyyə institutunu Daşkənddə yerləşdirməyə hazırıq", - Özbəkistan lideri qeyd edib.
O, TDT tərəfdaşlarını ticarətdə maneələrin aradan qaldırılmasına yönəlmiş konkret tədbirləri birgə həyata keçirməyə, ixrac və idxalın yeni həcmlərinin artırılması üçün yeni mexanizmləri geniş şəkildə tətbiq etməyə, elektron ticarət platformalarını inkişaf etdirməyə çağırıb.
"Qlobal logistika zəncirlərinin, nəqliyyat dəhlizlərinin inkişafı və şaxələndirilməsi, vahid tranzit şəbəkəsinin formalaşdırılması məsələləri aktual əhəmiyyət kəsb edir", - Özbəkistan rəhbəri vurğulayıb.
O, Orta Nəqliyyat Dəhlizinin yaradılması layihəsini, eləcə də təşkilat ölkələrindən Çin, Cənubi Asiya və Avropa bazarlarına keçən digər marşrutları qeyd edib.