Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Halal dərmanlar necə istehsal olunacaq? Donuzun şirəsi, insan qanı...

© AFP 2024 / KHALIL MAZRAAWIDərman, arxiv şəkli
Dərman, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Provizor deyir ki, hazırda kosmetik vasitələrdə, eləcə də kapsullu dərmanlarda heyvanlardan istifadə edilir.
BAKI, 3 noyabr — Sputnik. Azərbaycanda halal dərman standartı qəbul edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisiar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu "Halal dərman vasitələri - 1-ci hissə - ümumi tələblər" dövlət standartını qəbul edib. Məlumata görə, bu standart İslam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur.
Sputnik Azərbaycan halal dərman istehsalında hansı tələblərə əməl ediləcəyini araşdırıb.
Halal dərman standartının tələbləri nədir?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, bununla bağlı Nazirlər Kabinetinə təkliflər verilib. Həmin təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

"Həmin sənəd bizə geri qayıtdıqdan sonra gərək biz baxaq ki, təkliflərdən nələr təsdiqlənib, onu da şərh edək", - deyə Mərkəzdən bildirilib.

Heyvanlardan və insan qanından hazırlanan dərmanlar var
Əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda dünyada üç cür dərman istehsalı mövcuddur. Bunlar bitki mənşəli, sintetik və heyvan mənşəli dərmanlardır.
© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidHalal qida məhsulları, arxiv
Печенье, представленное на открытии выставочной экспозиции RUSSIA HALAL EXPO, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Halal qida məhsulları, arxiv
Onun sözlərinə görə, bəzi dərman preparatları var ki, onların hazırlanmasında insan qanından və heyvanların mədəaltı şirəsindən istifadə edilir.

"Endokrinoloji dərman preparatları var ki, onlar heyvanların mədəaltı vəzinin şirəsindən hazırlanır. Bunu iribuynuzlu heyvanlardan, hətta donuzdan da əldə edə bilirlər. Bu cür dərmanlar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Hətta insan qanından hazırlanan preparatlar da var. Mən belə güman edirəm ki, halal dərman istehsalında bu məqamlara diqqət yetiriləcək. Məsələn, İslamda haram buyurulan heyvanların mədəaltı vəzinin şirəsindən istifadə edilməyəcək. Yaxud da, insan qanı ilə hazırlanan dərmanlarda həmin insanın müsəlman olması şərt olacaq", - deyə o, bildirib.

Provizor deyir ki, hazırda kosmetik vasitələrdə, eləcə də kapsullu dərmanlarda heyvan mənşəli maddələrdən istifadə edilir.
O, kapsullu dərmanların istehsalında jelatindən istifadə edildiyini, jelatinin isə donuzdan əldə edildiyini söyləyib.
E.Əliyevin sözlərinə görə, halal dərman istehsalında etil, etanol, alkoqoldan istifadə də yolverilməzdir.
Nazirdən halal dərman açıqlaması
Məlumat üçün bildirək ki, Səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki "Dərman vasitələri haqqında" qanunun tədbiqi ilə bağlı halal dərman vasitələrinə dair xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

"Hər kəsi səbirli olmağa çağırıram, çünki yeni qaydalar müasir tələblərə cavab verir. Nəticədə ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq".

Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.
Halal dərman vasitəsi deyiləndə nə nəzərdə tutulur?
Nazirlikdən agentliyin sorğusuna cavab olaraq bildirilib ki, Halal dərman vasitələri “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” dövlət standartına cavab verməli və həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitəsidir.

"Halal dərman vasitələri tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır. Yəni bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan mənşəli, eyni zamanda digər halal olmayan komponentlərdən istifadə olunmur", - deyə cavabda bildirilib.

Yeni standartın əhəmiyyətinə gəldikdə isə, sorğuya cavab olaraq bildirilib ki, sözügedən Standart İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən hazırlanıb və Azərbaycan da daxil olmaqla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə standartın autentik tərcüməsi əsasında milli standart kimi qəbul olunub:

"Bu standartın bütün tələbləri ümumi xarakter daşıyır, ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq dərman vasitələrinin istehsalında iştirak edən bütün təşkilatlar tərəfindən istifadəsini nəzərdə tutur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək".

Qeyd edək ki, AZSTAND-ın SMİİC-də üzvlüyü 2023-cü ilin avqustunda təsdiqlənib. Bundan əlavə, AZSTAND-ın əməkdaşları qurumun müvafiq texniki komitələrinə də üzv olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kosmetik vasitələr, arxiv - Sputnik Azərbaycan, 1920, 23.07.2023
CƏMİYYƏT
Halal kosmetika məhsullarının istehsalına dair yeni dövlət standartı qəbul olunub
Xəbər lenti
0