https://sputnik.az/20231103/erdoganin-vahid-elifba-barede-dediyine-fazil-mustafadan-reaksiya-460234058.html
Ərdoğanın "vahid əlifba" barədə dediyinə Fazil Mustafadan reaksiya
Ərdoğanın "vahid əlifba" barədə dediyinə Fazil Mustafadan reaksiya
Sputnik Azərbaycan
Millət vəkili hesab edir ki, türk dövlətlərinin vahid əlifbasl Türkiyə əlifbası əsasında qurulmalıdır. 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T16:50+0400
2023-11-03T16:50+0400
2023-11-03T16:50+0400
ərdoğan
siyasət
fazil mustafa
millət vəkili fazil mustafa
rəcəb tayyip ərdoğan
türk dövlətləri təşkilatı
https://cdnn1.img.sputnik.az/img/41702/27/417022761_0:0:2001:1125_1920x0_80_0_0_c7801b8840dedfc7d49b56547877f372.jpg
BAKI, 3 noyabr — Sputnik. "Vahid əlifbanın yaradılması istiqamətində işlər davam edir. Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley Zirvə görüşündəki çıxışında deyib. Məsələyə münasibət bildirən Milli Məclisin deputat Fazil Mustafa Sputnik Azərbaycan-a deyib ki, bu, əslində dövri bir yanaşmadır: "Yeni əlifbanın icad edilməsinə ehtiyac yoxdur. Kim çoxdursa və kimin əlifbası daha çox nəşriyyat və digər sahələrdə böyük imkanlara malikdirsə, həmin əlifba əsas götürülməlidir. Bu, Türkiyə əlifbasıdır və vahid əlifba bunun əsasında qurulmalıdır". Deputat bildirib ki, bütövlükdə vahid əlifba məsələsi çox önəmlidir: "Biz bu məsələdə bütün imkanları səfərbər edib, gec də olsa, müəyyən addımların atılmasına çalışmalıyıq". "Amma indi bir xeyli gec olacaq, bu, həm də böyük maddi vəsait tələb edən məsələdir. Nə qədər məktəblərdə kitablar dəyişməlidir, təhsillə bağlı məsələlər dəyişməlidir. Ona görə də bu məsələdə çox ciddi narahatedici amillər var" - F.Mustafa əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41702/27/417022761_42:0:1815:1330_1920x0_80_0_0_34d079feb0ad3dcc4fde67f7d5995aa9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərdoğan, fazil mustafa, millət vəkili fazil mustafa, rəcəb tayyip ərdoğan, türk dövlətləri təşkilatı
ərdoğan, fazil mustafa, millət vəkili fazil mustafa, rəcəb tayyip ərdoğan, türk dövlətləri təşkilatı
Ərdoğanın "vahid əlifba" barədə dediyinə Fazil Mustafadan reaksiya
Millət vəkili hesab edir ki, türk dövlətlərinin vahid əlifbasl Türkiyə əlifbası əsasında qurulmalıdır.
BAKI, 3 noyabr — Sputnik. "Vahid əlifbanın yaradılması istiqamətində işlər davam edir. Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley Zirvə görüşündəki çıxışında deyib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputat Fazil Mustafa Sputnik Azərbaycan-a deyib ki, bu, əslində dövri bir yanaşmadır: "Yeni əlifbanın icad edilməsinə ehtiyac yoxdur. Kim çoxdursa və kimin əlifbası daha çox nəşriyyat və digər sahələrdə böyük imkanlara malikdirsə, həmin əlifba əsas götürülməlidir. Bu, Türkiyə əlifbasıdır və vahid əlifba bunun əsasında qurulmalıdır".
Deputat bildirib ki, bütövlükdə vahid əlifba məsələsi çox önəmlidir: "Biz bu məsələdə bütün imkanları səfərbər edib, gec də olsa, müəyyən addımların atılmasına çalışmalıyıq".
"Amma indi bir xeyli gec olacaq, bu, həm də böyük maddi vəsait tələb edən məsələdir. Nə qədər məktəblərdə kitablar dəyişməlidir, təhsillə bağlı məsələlər dəyişməlidir. Ona görə də bu məsələdə çox ciddi narahatedici amillər var" - F.Mustafa əlavə edib.