https://sputnik.az/20231103/deputat-parlamentde-nazirleri-qazilerle-bagli-muracietlere-baxmamaqda-gunahlandirib-460218491.html
Deputat parlamentdə nazirləri qazilərlə bağlı müraciətlərə baxmamaqda günahlandırıb
Deputat parlamentdə nazirləri qazilərlə bağlı müraciətlərə baxmamaqda günahlandırıb
Sputnik Azərbaycan
Asim Mollazadə həmçinin qeyd edib ki, dövlət-özəl anlayışını yığışdırmaq, dövlət müəssisələrini özəlləşdirmək lazımdır. 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T11:51+0400
2023-11-03T11:51+0400
2023-11-03T11:51+0400
parlament
cəmiyyət
millət vəkili asim mollazadə
milli məclis
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e5/02/03/426130080_0:161:3071:1888_1920x0_80_0_0_316dbf29d7f43f00df96a544290ad75b.jpg
BAKI, 3 noyabr — Sputnik. Noyabrın 2-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının 2024-cü ilə büdcə müzakirəsi zamanı çıxışında deputat Asim Mollazadə nazirləri Qarabağ qazilərinin şikayətlərinə məhəl qoymadıqlarına görə qınayıb. "Nazirlər qazilərin işinə baxmır" – o deyib. Deputat qeyd edib ki, qazilərin işi ilə bağlı dəfələrlə müvafiq nazirlərə müraciət etsə də, problemlər həllini tapmayıb: "Problem həllini tapmır. Nazirlər bunu etmir. Kim etməlidir? Vəziyyət gərgin olaraq qalır. Azərbaycan əsgəri diqqətdə olmalıdır. Büdcədə onların sosial istiqaməti üçün ayrıca göstərişlər olmalıdır. Əks halda onların problemlemləri həllini tapmayacaq". Asim Mollazadə onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı sovet idarəetməsindən hələ də xilas olmayıb: "Müəyyən işlər görülür. Lakin hələ də sovet idarəetmə sistemindən xilas ola bilməmişik. Dövlət-özəl anlayışını yığışdırmaq lazımdır. Dövlət müəssisələri özəlləşdirməyə getməlidir. Ölkə müasirliklə ayaqlaşmalıdır. Əks halda iqtisadiyyatda artım olmayacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/03/426130080_170:0:2901:2048_1920x0_80_0_0_d5931c29258d6394a01d82df86030cd9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
parlament, millət vəkili asim mollazadə, milli məclis, qarabağ
parlament, millət vəkili asim mollazadə, milli məclis, qarabağ
Deputat parlamentdə nazirləri qazilərlə bağlı müraciətlərə baxmamaqda günahlandırıb
Asim Mollazadə həmçinin qeyd edib ki, dövlət-özəl anlayışını yığışdırmaq, dövlət müəssisələrini özəlləşdirmək lazımdır.
BAKI, 3 noyabr — Sputnik. Noyabrın 2-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının 2024-cü ilə büdcə müzakirəsi zamanı çıxışında deputat Asim Mollazadə nazirləri Qarabağ qazilərinin şikayətlərinə məhəl qoymadıqlarına görə qınayıb.
"Nazirlər qazilərin işinə baxmır" – o deyib.
Deputat qeyd edib ki, qazilərin işi ilə bağlı dəfələrlə müvafiq nazirlərə müraciət etsə də, problemlər həllini tapmayıb:
"Problem həllini tapmır. Nazirlər bunu etmir. Kim etməlidir? Vəziyyət gərgin olaraq qalır. Azərbaycan əsgəri diqqətdə olmalıdır. Büdcədə onların sosial istiqaməti üçün ayrıca göstərişlər olmalıdır. Əks halda onların problemlemləri həllini tapmayacaq".
Asim Mollazadə onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı sovet idarəetməsindən hələ də xilas olmayıb:
"Müəyyən işlər görülür. Lakin hələ də sovet idarəetmə sistemindən xilas ola bilməmişik. Dövlət-özəl anlayışını yığışdırmaq lazımdır. Dövlət müəssisələri özəlləşdirməyə getməlidir. Ölkə müasirliklə ayaqlaşmalıdır. Əks halda iqtisadiyyatda artım olmayacaq".