https://sputnik.az/20231103/cin-abs-la-nuve-silahi-ile-bagli-danisiqlar-aparmaq-planlarini-tesdiqledi-460194298.html
Çin ABŞ-la nüvə silahı ilə bağlı danışıqlar aparmaq planlarını təsdiqlədi
Çin ABŞ-la nüvə silahı ilə bağlı danışıqlar aparmaq planlarını təsdiqlədi
Sputnik Azərbaycan
Bundan əvvəl "Bloomberg" agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ gələn həftə Çinlə nüvə silahlarına nəzarət üzrə... 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T08:37+0400
2023-11-03T08:37+0400
2023-11-03T08:37+0400
çin
dünya xəbərləri
abş
nüvə müharibəsi
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870823_0:160:3055:1878_1920x0_80_0_0_cf7ef7a87df12aa0b9db230fbaa68e1d.jpg
BAKI, 3 noyabr — Sputnik. Gələn həftə Çin və ABŞ nümayəndələri nüvə silahlarına nəzarət məsələlərinə həsr olunacaq danışıqlar aparacaqlar. Bu barədə Çinin Xarici İşlər Nazirliyi bildirib. Çin KİV-i Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, "Çin və ABŞ silahlara nəzarət və yayılmamaq (nüvə silahı - IF) ilə bağlı beynəlxalq sazişlərin həyata keçirilməsinə dair danışıqlar aparacaqlar". O, danışıqların gələn həftə Vaşinqtonda aparılacağını təsdiqləyib. Bundan əvvəl "Bloomberg" agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ gələn həftə Çinlə nüvə silahlarına nəzarət üzrə danışıqlar aparmaq niyyətindədir. Oktyabr ayında Pentaqon Çinin bu il 500-ə yaxın nüvə başlığına malik olduğunu və 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib olmağı planlaşdırdığını və bunun gözlənildiyindən daha sürətlə getdiyini bildirən bir hesabat yayımlayıb. Bloomberg yazır ki, ABŞ-da təxminən 3,7 min nüvə başlığı var. Qərb mediası xatırladır ki, Vaşinqton və Pekin hazırda noyabrda San-Fransiskoda keçiriləcək APEC sammiti çərçivəsində prezident Co Bayden və Çin sədri Si Cinpin arasında görüş təşkil etmək üzərində işləyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870823_169:0:2884:2036_1920x0_80_0_0_68c5e925a98f14a3468fb58e6f8a823d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, abş, nüvə müharibəsi
çin, abş, nüvə müharibəsi
Çin ABŞ-la nüvə silahı ilə bağlı danışıqlar aparmaq planlarını təsdiqlədi
Bundan əvvəl "Bloomberg" agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ gələn həftə Çinlə nüvə silahlarına nəzarət üzrə danışıqlar aparmaq niyyətindədir.
BAKI, 3 noyabr — Sputnik. Gələn həftə Çin və ABŞ nümayəndələri nüvə silahlarına nəzarət məsələlərinə həsr olunacaq danışıqlar aparacaqlar. Bu barədə Çinin Xarici İşlər Nazirliyi bildirib.
Çin KİV-i Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, "Çin və ABŞ silahlara nəzarət və yayılmamaq (nüvə silahı - IF) ilə bağlı beynəlxalq sazişlərin həyata keçirilməsinə dair danışıqlar aparacaqlar".
O, danışıqların gələn həftə Vaşinqtonda aparılacağını təsdiqləyib.
Bundan əvvəl "Bloomberg" agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ gələn həftə Çinlə nüvə silahlarına nəzarət üzrə danışıqlar aparmaq niyyətindədir.
Oktyabr ayında Pentaqon Çinin bu il 500-ə yaxın nüvə başlığına malik olduğunu və 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib olmağı planlaşdırdığını və bunun gözlənildiyindən daha sürətlə getdiyini bildirən bir hesabat yayımlayıb. Bloomberg yazır ki, ABŞ-da təxminən 3,7 min nüvə başlığı var.
Qərb mediası xatırladır ki, Vaşinqton və Pekin hazırda noyabrda San-Fransiskoda keçiriləcək APEC sammiti çərçivəsində prezident Co Bayden və Çin sədri Si Cinpin arasında görüş təşkil etmək üzərində işləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.